adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Aprel 2018 11:56
8368
GÜNDƏM
A- A+

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli, "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi” haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb.

Nazirlikdən Adalet.az-a verilən xəbərə görə, loqotipin müəllifi Zaur Murad oğlu Həmzəyevdir.

Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcədə Azərbaycan Xalq Cümhuriyyəti İli çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunamq üçün nəzərdə tutulub.