adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Aprel 2018 11:25
8295
MƏMLƏKƏT
A- A+

Şuranın dəstəyilə milli ailə dəyərlərinin təbliğinə dair layihənin icrasına start verilib

İnnovativ İdeya və Təşəbbüslər İctimai Birliyi "Milli ailə dəyərlərinin və məişət zorakılğının aradan qaldırılması yollarının təbliği, gənclər və gənc ailələrlə görüşlərin təşkili” layihəsinin icrasına start verib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay müddətində Xaçmaz rayonunda icra olunacaq.

Layihənin həyata keçirilməsində əsas məqsəd regionlarda müxtəlif yaş və kateqoriyadan ibarət olan əhaliyə ailə dəyərlərinin qorunub saxlanılması, gənc nəslin tərbiyəsi, çoxəsrlik tarixə malik böyüyə hörmət ənənəsini gələcək nəslə ötürülməsinin, ailə dəyərlərinə marağın artırılmasının və bu dəyərlərinin qorunaraq yaşadılmasının vacibliyinin aşılanmasından ibarətdir.