adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Aprel 2018 10:29
13927
DÜNYA
A- A+

ABŞ kosmosda silah yerləşdirəcək

ABŞ-ın vitse-prezidenti Mayk Pens hökümətin növbəti ideyasını açıqlayıb.

Trend-in məlumatına görə, Pens Kolorado-Spinqs simpoziumunda çıxışı zamanı deyib ki, Vaşinqton kosmosda öz hərbi qüdrətini genişləndirmək niyyətindədir.

Vitse-prezident bunu Rusiya və Çindən gələ biləcək mümkün təhdidlərlə əlaqələndirib. Pens bildirib ki, artıq peyk əleyhinə silahın hazırlanması barədə tapşırıq verilib.