Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | HÜQUQİ DÖVLƏT ANLAYIŞI VƏ ONUN PRİNSİPLƏRİ Adalet.az | HÜQUQİ DÖVLƏT ANLAYIŞI VƏ ONUN PRİNSİPLƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

HÜQUQİ DÖVLƏT ANLAYIŞI VƏ ONUN PRİNSİPLƏRİ

4658    |   2018-04-17 00:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli qəzetin 13 aprel sayında)

Hakimiyyətlərin bölünməsi anlayışı monarxların sonsuz səlahiyyətləri və gücü əllərində cəmləşdirərək onlardan istifadə etdiyi şəraitdə daha da nəzərə çarparaq özünün mövcudluğuna zərurət yaratdı. Bu anlayışın bir nəzəriyyə kimi formalaşması 17-18-ci əsrlərdə Con Lokk və Şarl Lui Monteskyönün adı ilə bağlı olmuşdır ki, bu onların dövlət hakimiyyətinin, hər hansı bir şəxsin və ya qrupun mütləq gücündən qorunmağın təşkilati formasını meydana çıxarmaq, eləcə də fərdin və cəmiyyətin azadlığını təmin etmək üçün apardığı araşdırmalar, yaratdığı əsərlərin nəticəsi idi.
Con Lokk (1632-1704) dövlət hakimiyyətini 3 hissəyə - qanunverici, icra və federativ hakimiyyətlərə bölürüdü. O qanunverici hakimiyyətin ən yüksəkdə durmalı olduğunu hesab edir, bu hakimiyyət qolunun digər ikisi üçün istiqamətverici xarakter daşıdığını bildirirdi. Lokk məhkəmə hakimiyyətini icra hakimiyyətinin tərkib hissəsi hesab edir, onun rolunun qanunlara riayət edilməsinin təmin olunması və onların icrasına nəzarətdən ibarət olduğunu bildirirdi. Federativ hakimiyyət isə vətəndaşların xarici ölkələr qarşısında maraqlarını qorumalı idi (8, s.69).
Con Lokkun bu ideyalarını daha da inkişaf etdirərək böyük fransız mütəfəkkiri Şarl Lui Monteskyö (1689-1755) hakimiyyətlərin bölünməsi nəzəriyyəsini yaratdı. O, bu nəzəriyyənin əsasını bölünmüş 3 hakimiyyət qolunun balanslaşdırılmasında görür, onlardan heç birinin digərləri üzərində üstünlüyə malik olmadığı şəraitdə, bir-birilərinin səlahiyyətlərini məhdudlaşdırmaqla effektiv ola biləcəyini qeyd edirdi. Monteskyö yazırdı: "Hər bir dövlətdə 3 növ hakimiyyət var: xalqın nümayəndəliyini və qanunların qəbul ediməsini həyata keçirən qanunverici hakimiyyət, qanunların icrasını təmin edən icra hakimiyyəti, cinayətkarları cəzalandıran və mübahisələri həll edən məhkəmə hakimiyyəti". Sonradan bu model Amerikan və Fransız konstitusiya nəzəriyyəçiləri tərəfindən təkmilləşdirildi.
2.2.1. Hakimiyyətlərin bölünməsinin alt prinsipləri
Hakimiyyətlərin bölünməsi nəzəriyyəsi öz geniş məzmunu baxımından bəzi alt prinsiplərə malikdir ki, onlar bu nəzəriyyənin fərqli hüquq sistemlərində müxtəlif dərəcələrdə təsbitini müəyyən edir. Sözügedən alt prinsiplər aşağıdakılardır:
- hakimiyyətlərin 3 hissəyə bölünməsi və paylanması;
- onların müstəqilliyi;
- onların qarşılıqlı cavabdehlik və tabeçilikdən azad olması;
- hər 3 hakimiyyət qolunun balanslaşdırılması;
- birgə idarəetmə mexanizmində onların əməkdaşlığı və rəqabəti.
Bölünmüş hakimiyyətlərin müstəqilliyi eyni zamanda onların yaradılması zamanı bir-birindən asılılığını da istisna edir. Yəni, bir hakimiyyət qolu digərini yarada bilməz. Məsələn, ABŞ-da icra hakimiyyətinin rəhbəri olan Prezident parlament tərəfindən seçilə bilməz. O, vətəndaşların dolayı səsverməsi yolu ilə seçilir ki, əvvəlcə gizli səsvermə ilə Seçki Kollegiyasının üzvləri seçilir, daha sonra bu seçicilər birbaşa prezidenti seçirlər.
Fərqli növ hakimiyyət səlahiyyətləri bir şəxsdə cəmləşə bilməz. Belə ki, bir çox ölkələrdəki kimi Azərbaycan Respublikasında da hökumət nümayəndəsi parlamentin üzvü və ya hakim ola bilməz.
Qanunverici, icra və məhkəmə hakimiyyətlərinin bölünməsi, onların müstəqilliyi, bir-birinə qarşı cavabdehlik daşımaması və onlar arasında tabeçilik münasibətlərinin olmaması bu nəzəriyyənin zəruri elementlərindən olsa da, onların öz səlahiyyətlərini aşmayacağına və onlardan sui istifadə etməyəcəyinə mütləq zəmanət vermir. Hakimiyyətlərin bölünməsi nəzəriyyəsinin ən vacib alt prinsipi birgə idarəetmə mexanizmində yaranan münasibətlərdir. Belə ki, ayrı hakimiyyətlərin fərdi müstəqilliyi birgə idarəetmə zamanı həm onların əməkdaşlığı, həm də bu əməkdaşlıq çərçivəsində öz mövqelərinin rəqabəti formasında təzahür edir. Bununla da, hər hansı bir hakimiyyət nümayəndəsinin öz səlahiyyətlərini aşması, onlardan sui-istifadə etmək imkanları məhdudlaşmış olur. Nəticə olaraq, bir hakimiyyət qolunun ən yüksək nümayəndəsi belə digər ikisinə münasibətdə yoxlayıcı və balanslaşdırıcı mövqedən çıxış edir və onlardan heç biri digərlərinin razılğı olmadan, digərləri ilə əməkdaşlıq etmədən hər hansı məsələ ilə bağlı yekun qərar qəbul edə bilmir. Təbii ki, sözügedən mexanizm yalnız birgə idarətmənin realizə edildiyi sfera üçün xarakterikdir.
2.2.2. Hakimiyyətlərin vertikal bölünməsi
Hakimiyyətlərin horizontal bölünməsindən (dövlət hakimiyyətinin ən yüksək səviyyədə bölünməsi) başqa vertikal bölünmə anlayışı da mövcuddur. Hakimiyyətlərin vertikal böıünməsi dedikdə, mərkəzi (federal, milli) və yerli dövlət hakimiyyəti nəzərdə tutulur. Vertikal bölgü nəzəriyyəsi geniş əraziyə malik ölkələrə xasdır ki, belə ölkələrdə dövlət hakimiyyətinin bir mərkəzdən effektiv reallaşdırılması mümkün olmur. Bu zaman ayrı ərazi vahidlərinin özünə məxsus yurisdiksiyası fərqlilik kəsb edir.
Bununla belə, hakimiyyətlərin vertikal bölünməsi dövlətlərarası müstəvidə də realizə oluna bilər. Daha dəqiq formadaAvropa İttifaqının subsidiarlıq prinsipini misal çəkə bilərik. Bu prinsip İttifaq və ona üzv dövlətlərin ümumi yurisdiksiyası çərçivəsində baş verənlərə hüquqi müdaxilənin aidiyyəti məsələsini nəzərdə tutur. Belə müdaxilə İttifaq, dövlət və yerli səviyyələrdə müəyyən olunmuşdur ki, Avropa İttifaqı yalnız üzv dövlət effektiv olmadıqda müdaxilə etmək hüququna malikdir.
2.2.3. Hakimiyyətlərin daxili bölünməsi
Bu anlayış səlahiyyətlərin bir hakimiyyət qolu daxilində bölünməsi və balanslaşdırılmasını nəzərdə tutur. Məsələn, ABŞ parlamenti Nümayəndələr Palatası və Senat adlanan iki hissədən ibarətdir ki, gündəlikdə olan hüquqi akt Konqresin bu iki palatasının əksər üzvlərinin razılığı olmadan qəbul edilə bilməz. Bundan başqa İcmalar və Lordlar palatalarından ibarət Britaniya parlamentini də bu modelə misal göstərə bilərik.
2.3. Əsas hüquq və azadlıqların təminatı prinsipi
Yaşadığımız dövrdə hüquqi dövlət üçün xarakterik olan ən əsas xüsusiyyətlərdən biri insan hüquq və azadlıqlarının təmin olunmasıdır. Bu hüquq və azadlıqların qorunmasına beynəlxalq və dövlətdaxili hüquqla zəamanət verilir. Tarixə nəzər salsaq insan hüquqları anlayışının yalnız son əsrlərdə bu inkişaf səviyyəsinə gəlib çatdığını görə bilərik. İlk əvvəl Fransanın 1789-cu il tarixli İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinə nəzər yetirmək yerinə düşərdi. Bəyannamənin preambulasında qeyd edilir ki, hər bir siyasi birliyin məqsədi, təbii olan (dövlət tərəfindən verilməyən) azadlıq, mülkiyyət, təhlükəsizlik və zülmə qarşı mübarizə hüquqlarını qorumaqdır. Bundan başqa 1791-ci ilə aid ABŞ-ın "Hüquqlar haqqında Bill"ində, hətta ikinci minilliyin əvvəllərinə aid olan "Maqna Karta"da (İngiltərə) bu tip müddəalara rast gəlirik. Bu ilkin müddəalar yalnız İkinci Dünya Müharibəsindən sonra beynəlminəl xarakter almağa başladı. Belə ki, BMT-nin 1948-ci il tarixli İnsan hüquqları haqqında ümumi Bəyannaməsi, 1950-ci ilə aid İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası və başqa bu kimi sənədlər insan hüquqlarına beynəlxalq hüquq çərçivəsində status verdi və ona qlobal xarakterini qazandırdı.
İnsan hüquqları müxtəlif meyarlar əsasında fərqli qruplarda klassifikasiya edilə bilər. Beynəlxalq müstəvidə insan hüquqlarının ən geniş yayılmış təsnifatı 1979-cu ildə Strasburqdakı Beynəlxalq İnsan Hüquqları institutunun üzvü Karel Vasak tərəfindən irəli sürülüb. O, insan hüquqlarını 3 növdə qruplaşdırırdı:
1-ci nəsil hüquqlar mülki və siyasi hüquqlar, şəxsi azadlıqlardır. Onlar təbii hüquqlar və ya əsas insan hüquq və azadlıqları kimi də adlandırılır. Bu hüquqlar yuxarıda adları qeyd olunan BMT-nin 1948-ci il tarixli "İnsan hüquqları haqqında ümumi Bəyannaməsi" və 1950-ci ilə aid "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası"nda, eyni zamanda 1966-cı ildə imzalanmış BMT Mülki və Siyasi Hüquqlar haqqında Sazişdə öz əksini tapmışdır. Bu qəbildən olan hüquqların ən səciyyəvi xüsusiyyətlərindən biri odur ki, onlar neqativ xarakter daşıyır, yəni onların realizəsi üçün dövlətin hər hansı fəaliyyətinə ehtiyac yoxdur. Bu hüquqlara yaşamaq hüququ, şəxsi həyat və ya mənzil toxunulmazlığı hüququ, azadlıq hüququ, söz azadlığı, fikir və din azadlığı, ədalətli məhkəmə hüququ, sərbəst toplaşma hüququ, birləşmə hüququ və seçki hüququ aid edilir.
2-ci nəsil hüquqlar birinci nəsil hüquqlardan fərqli olaraq dövlətin pozitiv fəaliyyəti ilə şərtlənir. Yəni bu hüquqların realizəsi üçün dövlət müəyyən resurslar ayırmalı və əlverişli şərait yaratmalıdır. Bu da birinci nəsil hüququların liberal, ikinci nəsil hüququların isə sosial fəlsəfə sferasında inkişaf etdiyini göstərir. Ikinci nəsil hüquqlara mənzil hüququ, əmək hüququ, sağlamlıq hüququ, sosial sığorta hüququ, işsizlik hüququ və təhsil hüququ adi edilə bilər.
3-cü nəsil hüquqlar digərlərinə nisbətdə daha sonradan təşəkkül tapmağa başlamışdır. İnsan hüquqlarının ilk iki qrupu fərdi hüquqlardan ibarət olsa da, bu növdən olan hüquqlar əsasən kollektiv formada realizə olunur. Öz müqəddəratını təyin etmək hüququ, iqtisadi və sosial inkişaf hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, sülh hüququ, təhlükəsizlik hüququ və s. hüquqlar bu kateqoriyaya aid edilə bilər.
2.4. Hüquqi müəyyənlik prinsipi
Bu prinsip dövlət hakimiyyətinin hüquq subyektlərinə qarşı təsir imkanlarının (habelə hüququn) konkret qaydalar çərçivəsində müəyyən edilməsini, bu subyektlərin hüquqi nəticələri əvvəlcədən görmə imkanına malik olmasını ifadə edir. Hal-hazırda hüquqi müəyyənlik prinsipi beynəlxalq hüquqla hüquqi dövlətin əsas elementlərindən biri sayılır. Hüquqi müəyyənlik prinsipinə əsasən hüquqi dövlətdə:
- qanunlar və qərarlar ictimaiyyətə açıq olmalıdır
- qanunlar və qərarlar dəqiq və aydın olmalıdır
- məhkəmə qərarları məcburi xarakter daşımalıdır
- qanunların və qərarların geriyə qüvvəsi məhdudlaşdırılmalıdır
- hüquqi maraqlar və hüquqi gözləntilər qorunmalıdır.
Bu anlayışların əsasında belə bir ümumiləşdirmə apara bilərik ki, bu prinsip hüquq subyektinin hər hansı əməli törətməsi nəticəsində hansı hüquqi nəticələr və məhkəmə qərarı ilə üzləşəcəyini rahatlıqla güman etmək imkanınıifadə edir.
2.5. Ədalət mühakiməsinin müqstəqilliyi prinsipi.
Bu prinsipə görə hakimlər müstəqildir və qərar qəbul edərkən yalnız qanuna tabedirlər. Hakimlərin müstəqilliyi anlayışı onlarınədalət mühakiməsini həyata keçirərkən kənar təsirlərə (siyasi, iqtisadi və s.) məruz qalmadan bitərəf, qərəzsiz və ədalətli şəkildə həqiqəti müəyyən etmə imkanının təminatçısı kimi çıxış edir. Ədalət mühakiməsinin müstəqilliyini müxtəlif formalarda nəzərdən keçirmək olar:
- Fərdi müstəqillik - hakimin peşə fəaliyyəti və qərar qəbul etmə fəaliyyəti qanunla qorunur. O cinayət törətmə halları istisna olmaqla vəzifədən kənarlaşdırıla bilməz.
- Qurumsal müstəqillik - məhkəmələr digər hakimiyyət qollarından ayrıdırlar. Hər hansı digər hakimiyyət qolu ədalət mühakiməsini həyata keçirə bilməz.
Hüquqi dövlətdə məhkəmələrin müstəqilliyi ona görə zəruridir ki, vətəndaşların dövlət hakimiyyəti və ya digər qüvvələr ilə münasibətlərdə qeyri-hüquqi münasibətlə üzləşməsinin qarşısını almaq üçün əsas vasitə məhkəmələrdir və belə olan halda məhkəmələrin heç kimlə tabeçilik münasibətdə olmadan vətəndaşların hüquqlarını qoruması yönündə fəaliyyətini realizə etmək imkan olmalıdır.
Bu sahədə 2008-ci ildə qəbul edilmiş Mt. Scopus Müstəqil Məhkəmələrə dair Beynəlxalq Standardlar hüquqi dövlət anlayışını mənimsəmiş quruluşlar üçün ümumi xarakter daşıyır.

İbrahim Sultanlı,
Bakı Dövlət Universitetinin
"Konstitusiya hüququ"
kafedrasının dissertantı


İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-09
2018-12-08
11:24 ZƏRURƏT
00:53 KƏMALƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (61.54%)
Qaynana (38.46%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ata uşağı yatırtmaq üçün uşaqla bir yerdə uzanır. Müəyyən qədər vaxt keçəndən sonra ana başını qapıdan içəri salıb yavaş səslə atadan soruşur:
- Nə oldu, yatdı?
Uşaq:
- Hə ana, yatdı...




digər lətifələr
ARXİV
FACEBOOK