adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Aprel 2018 17:29
9412
GÜNDƏM
A- A+

İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri - Ramiz Mehdiyev YAZDI

"İnsanların həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifədir. Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var.

Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm”1.

İlham Əliyev

Hər bir dövlətinuzunmüddətli inkişaf perspektivionun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.

Azərbaycanda müstəqildövlətçiliyin qorunmasıənənəsininyaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Ümumiyyətlə, məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərinidəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüşə nail olmaq mümkün deyil. Ötən 15 il ərzində Prezident İlham Əliyev Ulu Öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi.

Dövlət başçısının məqsədyönlü,konkret hədəflərə istiqamətlənmişfəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.

Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri İlham Əliyevin 2003-2018-ci illərdəimzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır.

Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət aldı. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi. Hər birAzərbaycan vətəndaşıölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss etdi.

x x x

HEYDƏR ƏLİYEV İQTİSADİ STRATEGİYASININ DÖNMƏZLİYİ

Hər bir xalqın, millətin xoşbəxtliyi, ilk növbədə, onun müstəqil və güclü dövlətə malik olması ilə müəyyən edilir.Dövlət müstəqilliyihər şeydən əvvəl onu qazanmış xalqın özünütəsdiqi və milli özünüdərki üçün bir şansdır. Belə bir tarixi şansdan faydalanan və ondan səmərəli istifadə edən xalqlar həm milli inkişafa nail olur, həm də sahib olduqları dövlətin dayaqlarını möhkəmləndirə bilirlər.

Azərbaycanın müasir tarixindədövlətçiliyin qorunmasıənənəsinin yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heç şübhəsiz, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Bunu müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu da bir daha təsdiq edir. Bu müddət ərzində dövlətimizə və onun müstəqilliyinə qarşı qəsdlər olsa da, onların qarşısı qətiyyətlə alınmışdır.

Dövlət müstəqilliyi və siyasi azadlıqmilli iqtisadiyyatın inkişafına şərait yaratdığı kimi, milli iqtisadiyyatın inkişafı və güclənməsi də dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirir. Əgər Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsəydi, nə neft strategiyasını, nə də təşəbbüskarı olduğumuz digər strateji və transmilli layihələri həyata keçirə bilərdik. Dövlət müstəqilliyinin gücləndirilməsi iqtisadiyyatımızın milli maraqlara uyğun inkişaf etdirilməsinə şərait yaratmışdır.

Azərbaycanın təkcə dövlətçilik deyil, həm də iqtisadi inkişaf tarixinin ən parlaq və şərəfli dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrün siyasi və iqtisadi aspektlərinin öyrənilməsi hər zaman öz aktuallığını saxlayır. Bu, gələcək inkişafımızın əsas istiqamətlərini müəyyən etmək və bir daha dəqiqləşdirmək baxımından zəruridir. Heydər Əliyevin "İqtisadiyyatı qüdrətli olan dövlət hər şeyə qadirdir” fikri bir daha təsdiq edir ki, Ümummilli Lider milli iqtisadiyyatımızın inkişafına dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi hər zaman böyük önəm vermişdir.

Keçmiş İttifaq daxilində Azərbaycan iqtisadiyyatıvahid xalq təsərrüfatıkompleksinin tərkib hissəsi olsa da, özünəməxsus inkişaf yolu keçmiş, Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə genişmiqyaslı iqtisadi quruculuq prosesinə start verilmişdir.

Hələ Sovet İttifaqı dağılmamışdan əvvəl ekspertlər siyasi müstəqilliyə iqtisadi cəhətdənhazır olan iki respublikadan biri kimi,məhz Azərbaycanı qeyd edirdilər. Çıxarılan belə bir nəticə ölkəmizin təkcə təbii sərvətlərinin zənginliyinə deyil, həm də milli iqtisadiyyatımızın inkişaf perspektivlərinə əsaslanırdı. Belə ki, keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın büdcə gəlirləri xərclərindən bir qayda olaraq çox olurdu. Həmçinin istehsal olunan milli gəlirlə istehlak olunan milli gəlir arasında birincinin xeyrinə böyük fərq əmələ gəlirdi.

Keçmiş İttifaqın tərkibində olan "müttəfiq” respublikalardan biri kimi, mövcud maneələrə, müstəqil iqtisadi siyasət yürütmək imkanlarının məhdud olmasına baxmayaraq, AzərbaycanHeydər Əliyevin rəhbərliyi iləöz iqtisadi potensialını, milli iqtisadi maraqlarını reallaşdıra bilmişdir. Respublikamız iqtisadiyyatın bütün sahələrində güclü iqtisadi və kadr potensialı yaratmağa nail olmuşdur. Bir çox məhsulların istehsalına görə Azərbaycan keçmiş SSRİ-də qabaqcıl yerlərdən birini tuturdu. Bu dövrdə yeni sənaye müəssisələrinin açılması, maşın və avadanlıqların alınması digər respublikalara nisbətən Azərbaycanda əsas fondların daha sürətlə artmasına səbəb olmuşdur.

Heydər Əliyev 1993-cü ildən– müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən müasir dünya düzəninin inkişaf meyillərini uzaqgörənliklə qiymətləndirərək, çağdaş cəmiyyətin qəbul etdiyi inkişaf yolunu seçdi. Bu yol isə iqtisadiyyat üzərində dövlət inhisarçılığının aradan qaldırılmasından, sahibkarlığın inkişaf etdirilməsindən və iqtisadiyyatın liberallaşdırılmasından başlayır.

1994-cü ildə isə "Əsrin müqaviləsi”ninimzalanması ilə Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsası qoyuldu. Bu strategiya çərçivəsində həyata keçirilmiş tədbirlər, o cümlədən Dövlət Neft Fondunun yaradılması məhz davamlı inkişafın təmin edilməsinə, dövlətimizin iqtisadi və sosial dayaqlarının möhkəmləndirilməsinə yönəldilmişdir.

Milli iqtisadiyyatımızın inkişafı üçün strateji və siyasi xarakterli mühüm addımlardan biri 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilkKonstitusiyasınınqəbul edilməsi oldu. Yeni Konstitusiya dövlət idarəçiliyinin formasını, vətəndaşların və dövlətin hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, həm də iqtisadi sistemin əsaslarını, dövlətin iqtisadi strategiyasının başlıca prinsiplərini də özündə əks etdirmişdir.

Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və onun regionda güc mərkəzinə çevrilməsiulu öndər Heydər Əliyevindövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur. Xüsusilə də 1990-cı illərin ortalarından başlayaraq görülmüş tədbirlər milli iqtisadiyyatın sabitləşdirilməsində və inkişafında həlledici rol oynamışdır.

Xatırladaq ki, 1990-1995-ci illərdəÜDM-in həcmi hər il orta hesabla15 faiz azalırdı. İqtisadi artım tempinin aşağı düşməsi inflyasiya ilə müşayiət edildiyinə görə ölkədə 1990-cı illərin əvvəllərində staqflyasiya müşahidə edilirdi. Azərbaycanda 1991-ci ildən başlayan iqtisadi tənəzzülün qarşısı yalnız makroiqtisadi sabitləşdirmə proqramlarının həyata keçirilməsindən sonra – 1996-cı ildə alındı.

1990-cı illərin əvvəllərində ölkədəqiymət artımı hiperinflyasiya həddinəçatmışdır. Belə ki, inflyasiyanın səviyyəsi 1992-ci ildə 1174 faiz, 1993-cü ildə 1081 faiz təşkil etmişdir. Yalnız Heydər Əliyevin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” 1994-cü il 15 iyun tarixli Fərmanın icrasından sonra inflyasiyanı 1995-ci ildə 85 faizə, 1996-cı ildə isə 2,5 faizə endirmək mümkün olmuşdur. Sərt pul-kredit və maliyyə siyasətinin həyata keçirilməsini nəzərdə tutan bu Fərmanla ölkədə ardıcıl antiinflyasiya tədbirlərinə başlanıldı. Artıq 1996-cı ildən etibarən inflyasiya tədricən azalaraq 2002-ci ildə 2,8 faizə enmişdir.

1990-cı illərin əvvəllərində inflyasiya tempinin əməkhaqqının artım tempini əhəmiyyətli dərəcədə qabaqlaması əhalinin alıcılıq qabiliyyətini kəskin şəkildə aşağı salırdı. Əhalinin sosial müdafiəsi hər şeydən əvvəlmaliyyə sabitliyinintəmin olunmasını tələb edirdi. Yüksək inflyasiya şəraitində isə həyat səviyyəsini nəinki yüksəltmək, hətta qoruyub saxlamaq mümkün deyildi. Yalnız 1996-cı ildən etibarən inflyasiyanın cilovlanması əhalinin həyat səviyyəsinin pisləşməsinin qarşısını aldı.

Heydər Əliyevin milli iqtisadiyyatımızın inkişafı üçün əsas xidmətləri bir tərəfdən ictimai-siyasi sabitliyin təmin edilməsindən, digər tərəfdən də iqtisadi islahatların aparılmasına ardıcıl siyasi dəstəyin verilməsindən ibarət olmuşdur. Belə birsiyasi impuls olmadaniqtisadi quruculuq sahəsində böyük uğurlar əldə etmək mümkün olmazdı.

İqtisadi islahatların həyata keçirilməsi üçün münbit şəraitin yaradılması, milli iqtisadiyyatımızın bazar münasibətləri əsasında inkişafına konstitusion təminatın verilməsi, neft müqavilələrinin imzalanması, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, ölkəmizin beynəlxalq əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşulması, dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsiÜmummilli Liderin fəaliyyəti, onun bu sahədə atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyevin söylədiyi bir fikri xatırlatmaq istərdim: "Beş ildən sonra Azərbaycan dünyəvi dövlət, daha yüksək sürətlə inkişaf edən, kifayət qədər güclü iqtisadiyyata və yaxşı həyat səviyyəsinə malik respublika olacaqdır. Bu,həddən çox "əgər”lərdən asılıdır…”2. Bəli! Ümummilli Liderin qətiyyətlə söylədiyi nikbin fikirlər artıq özünü doğrultmaqdadır. Fikrimizcə, bu şərtlərdən ən əsası bazar "relsləri” üzərinə keçirilmiş Azərbaycan iqtisadiyyatının inkişaf sürətinin artırılması, ölkənin mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsidir.

Konkret strategiyaolmadannə iqtisadi transformasiyanı, nə də milli iqtisadiyyatın formalaşdırılması prosesini uğurla həyata keçirmək mümkündür. Strategiya sosial-iqtisadi inkişafın əsas oriyentirlərini müəyyən edir. Genişmiqyaslı islahatlar aparmadan, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində köklü dəyişikliklər etmədən müəyyən edilmiş iqtisadi strategiyanın reallaşdırılmasına nail ola bilməzdik. Dünya ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi islahatları yalnız güclü siyasi iradəyə və qətiyyətli mövqeyə malik olan dövlətlər uğurla həyata keçirə bilir. Bu baxımdan Azərbaycanın siyasi rəhbərliyinin qəbul etdiyi radikal qərarlarislahatların dönməzliyinintəmin edilməsində həlledici rol oynamışdır.

Siyasi dəstəkolmadanyeni iqtisadi münasibətlərin təşəkkül tapması qeyri-mümkündür. Bu baxımdan iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın inkişaf etdirilməsinə Heydər Əliyevin ardıcıl siyasi və ideoloji dəstəyi iqtisadi yeniləşmə prosesinin dönməzliyini təmin etmişdir. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə yeni iqtisadi sistemin formalaşdırılması üçün bir sıra fərman və sərəncamlar imzalanmış, mühüm dövlət proqramları qəbul edilmişdir. Ölkədə sahibkarlığın dəstəklənməsi özəl sektorun güclənməsi üçün geniş perspektivlər açmışdır. 1990-cı illərin ortalarından etibarən həyata keçirilən özəlləşdirmə proqramı özəl sektorun təşəkkülü prosesinə zəmin yaratmışdır.

Ulu Öndərin imzaladığı "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” 2002-ci il 10 sentyabr tarixli, "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 28 sentyabr tarixli fərmanlarözəl sektorun inkişafındamövcud olan problemlərin kompleks və sistemli həllini, sahibkarlığın sürətli inkişafı üçün əlverişli iqtisadi və institusional mühitin yaradılmasını, müxtəlif dövlət orqanlarının nəzarət funksiyalarının məhdudlaşdırılmasını nəzərdə tuturdu.

Azərbaycanda iqtisadiyyatın idarə edilməsinin təşkilati strukturunun təkmilləşdirilməsinə, islahatların kadr təminatı ilə bağlı problemlərin həllinə Ümummilli Lider xüsusi diqqət yetirirdi. Onun tərəfindən "Azərbaycan Respublikasınındövlət idarəetmə sistemində islahatlaraparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” 1998-ci il 29 dekabr tarixli Fərmanın imzalanması institusional islahatların konseptual əsaslarının hazırlanması və bu prosesin geniş miqyasda həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Müasir dövrün tələblərinə cavab verəndövlət qulluğu sistemininformalaşdırılması istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki, "Dövlət qulluğu haqqında” Qanun qəbul edilmiş, dövlət orqanlarında müsabiqə yolu ilə işə qəbul prosesinə başlanılmış, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır.

Ulu Öndər Azərbaycanın iqtisadi inkişaf tarixinə həm də radikal torpaq islahatlarının müəllifi kimi imzasını atdı. 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında” Qanuna əsasən, MDB məkanında ilk dəfə olaraq,torpaq üzərində xüsusi mülkiyyətçiliyinəsası qoyuldu. Bu, torpaq bazarının və kənddə yeni iqtisadi münasibətlərin formalaşması üçün hüquqi baza yaratdı.

Heydər Əliyevaqrar islahatların gedişi və onun perspektivləribarədə çox aydın strateji baxışlara malik idi. Ümummilli Lider qeyd edirdi: "Aqrar bölməni keçmiş sistem əsasında, keçmiş prinsiplər əsasında idarə edib istənilən nəticəyə nail ola bilmərik... İslahatların əsasını mülkiyyət formasının dəyişdirilməsi təşkil edir... Gərək kəndli torpağın sahibi olsun və bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə edə bilər... İslahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir. Əks təqdirdə, islahatlar səmərəsiz ola bilər... Bu islahatların aparılmasında mühafizəkarlığa qətiyyən yol vermək olmaz, eyni zamanda, islahat şüarları altında aqrar bölmədə əldə olan potensialımızın dağılmasına da yol vermək olmaz”3.

Həyata keçirilmiş aqrar islahatların nəticəsidir ki, hazırda kənd təsərrüfatı istehsalının 99 faizi özəl bölməyə əsaslanır. Bu isə aqrar sektorun inkişafına müsbət təsir göstərən həlledici amildir. 1992-1995-ci illərdə kənd təsərrüfatında istehsal həcmi ildə orta hesabla 12 faiz, təkcə 1992-ci ildə isə 23,8 faiz aşağı düşmüşdür.Aqrar sahədə tənəzzülünqarşısı yalnız 1998-ci ildən alınmış və həmin dövrdən başlayaraq, istehsal artan dinamika ilə davam etmişdir.

1999-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, bütünvergilərdən azad olunmuşdur. Həmin güzəştlər davamlı olaraq bu günə kimi tətbiq edilməkdədir.

İqtisadi islahatların həyata keçirilməsi sahəsində beynəlxalqmaliyyə təşkilatları ilə sıx əməkdaşlıqmünasibətləri qurulmuşdur. Azərbaycan Respublikası Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna (BVF) üzv dövlət kimi 1992-ci ildə qəbul edilsə də, həmin təşkilatlarla intensiv əməkdaşlığa, birgə hazırlanmış iqtisadi proqramların və layihələrin həyata keçirilməsinə, kredit tranşlarının açılmasına əsasən 1995-ci ildən başlanılmışdır. Bu, hər şeydən əvvəl onunla izah olunur ki, həmin dövrədək ölkəmizdə siyasi vəziyyətin qeyri-sabitliyi şəraitində beynəlxalq maliyyə təşkilatları Azərbaycanla fəal əməkdaşlığa meyil etmir və kreditlərin ayrılmasında gözləmə mövqeyi tuturdular. Birgə iqtisadi proqram və layihələrin həyata keçirilməsinə ictimai-siyasi vəziyyətin sabitləşdirilməsindən sonra başlanılmışdır.

Heydər Əliyev iqtisadi strategiyasıhələ uzunmüddətli dövr üçün Azərbaycanda əsas götürüləcək. Prezident İlham Əliyev 2003-cü ildə seçkiqabağı çıxışlarında Ulu Öndərin müəyyən etdiyi ümumi iqtisadi kursun davam etdiriləcəyini bəyan etmişdir. Çünki bu kurs dünya sivilizasiyasının qəbul etdiyi bazar iqtisadiyyatı prinsiplərinə, azad sahibkarlığa, beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşməsinə, sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsinə əsaslanır.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi səlahiyyətlərinin icrasına yenicə başladığı dövrdə jurnalistlərə verdiyi ilk müsahibəsində bildirmişdir: "Artıq Azərbaycandaölkəmizi inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır.On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Qarşımıza yeni tələblər, yeni vəzifələr çıxır”4.

Bu gün islahatların gedişi prosesindəyeni iqtisadi şəraitin reallıqları nəzərə alınır,iqtisadi siyasətin ayrı-ayrı istiqamətləri müasir dövrün tələblərinə uyğunlaşdırılır və daha da təkmilləşdirilir.

PREZİDENT İLHAM ƏLİYEVİN HÖKUMƏTİN İQTİSADİ BLOKUNA İLK TAPŞIRIQLARI

"Bütün planlarımızın həyata keçirilməsi üçün başlıca şərt iqtisadi potensialdır”5. Bu, Prezident İlham Əliyevin səsləndirdiyi əsas tezislərdən biridir. Təsadüfi deyildir ki, hazırda Azərbaycanda dövlət idarəçiliyi əsas etibarilə "güclü iqtisadiyyat-güclü dövlət” prinsipinə əsaslanır. İqtisadi diplomatiyanın imkanlarından maksimum istifadə edilməsi də bu prinsipin reallaşdırılmasına xidmət edir.

Hələ 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladığı çox qısa bir müddətdə İlham Əliyev ölkəmizin inkişaf prioritetlərini müəyyən edən "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman imzaladı, az sonra davamlı və tarazlı inkişafın təmin edilməsinə yönəldilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nı (2004-2008-ci illər) təsdiq etdi.

Prezident İlham Əliyev neft gəlirlərinin artdığı bir vaxtda makroiqtisadi sabitlik üçün müəyyən təhlükələrin, o cümlədən inflyasiya potensialının yarana biləcəyini nəzərə alaraq, "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli Fərman imzalamışdır. Milli iqtisadiyyatımızın neft bumu mərhələsinə hazırlığını təmin edən bu Fərmanda dövlət büdcəsi xərclərinə nəzarətin gücləndirilməsi, neft ixracından əldə ediləcək vəsaitlərin səmərəli idarə olunması və istifadəsi ilə bağlı məsələlər öz əksini tapmışdır.

Davamlı inkişaf neft gəlirlərinin prioritet istiqamətlər üzrə səmərəli istifadə edilməsindən asılıdır. Bu baxımdan 2004-cü ildə "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın (2005-2025) dövlət başçısı tərəfindən təsdiqi xüsusi olaraq qeyd edilməlidir. Azərbaycanda neft və qaz gəlirlərinin kəskin artması şəraitində makroiqtisadi sabitliyin qorunması, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün saxlanması, onlardan əhalinin rifahının yüksəldilməsi üçün istifadə edilməsi, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın qəbul edilməsini zərurətə çevirmişdir. Bu strategiya neft və qaz gəlirlərindən istifadənin əsas prinsiplərini və ortamüddətli xərclər siyasətini müəyyənləşdirdi.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə hökumətin iqtisadi blokuna ilk tapşırıqlarını vermişdir. Ölkəmizin sosial-iqtisadi həyatının ən aktual problemlərini özündə əks etdirən bu Fərmanı dövlət başçısının iqtisadi komandaya ilk tapşırıqlarının məcmusu kimi qiymətləndirmək olar.

Şərti olaraq, Fərmanda əks olunan məsələləri məzmun və xarakterinə görə 5 əsas blok üzrə - institusional, sosial, sənaye, sahibkarlığın inkişafı və bazar mühitinin yaxşılaşdırılması və dövlət maliyyə sisteminin təkmilləşdirilməsi istiqamətləri üzrə qruplaşdırmaq olar.

İnstitusional blok qəbul edilmiş dövlət proqramlarının icra vəziyyətinin araşdırılması, iqtisadiyyatın idarə edilməsində islahatların başa çatdırılması, vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasının təmin edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarında intizamın gücləndirilməsi, beynəlxalq və regional iqtisadi qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, bank sistemində və kommunal sektorda islahatların aparılması kimi məsələləri əhatə edirdi.

Sosial bloka işsizliyin azaldılması, qaçqın və köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı, əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya sistemində və sosial sahədə islahatların sürətləndirilməsi və məşğulluğun təmin edilməsi məsələləri daxil edilmişdir.

Sənaye bloku qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sektora investisiyaların cəlb olunmasının stimullaşdırılması, yeni emal müəssisələrinin yaradılması, ixracın stimullaşdırılması və alternativ enerji mənbələrindən istifadə edilməsi məsələlərini nəzərdə tuturdu.

Sahibkarlığın inkişafı və bazar mühitinin yaxşılaşdırılması bloku özəl sektorun inkişafı ilə bağlı qərarların icrasının təmin edilməsi, dövlət müəssisələrinin özəlləşdirilməsinin və idarəetməyə verilməsinin sürətləndirilməsi, inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması, kreditlər üçün girov təminatının təkmilləşdirilməsi, aqrar sektorda islahatların ikinci mərhələsinin başlanılması ilə bağlı tapşırıqları əhatə edirdi.

Dövlət maliyyə sisteminin təkmilləşdirilməsi bloku dövlət büdcəsi xərclərinin strukturunun təkmilləşdirilməsi, dövlət büdcəsi vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə edilməsi, dövlət satınalmalarına nəzarətin gücləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, dövlət müəssisələrində maliyyə intizamının möhkəmləndirilməsi və ödəməmələr probleminin aradan qaldırılması ilə bağlı tapşırıqları ehtiva edirdi.

Sistemli və kompleks xarakter daşıyan bu Fərman biri digərinin reallaşmasına şərait yaradan istiqamətləri özündə birləşdirmişdir. Məsələn, inhisarçılığı aradan qaldırmadan sahibkarlığı inkişaf etdirmək, idarəetmə sistemini yeniləşdirmədən iqtisadi islahatları sürətləndirmək, qeyri-neft sektorunun və regionların inkişafını təmin etmədən işsizlik problemini həll etmək mümkün deyildir.

Adından da göründüyü kimi Fərman sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirlərini əhatə edir. Doğrudur, 2000-ci illərin ortalarında Azərbaycan iqtisadiyyatı artıq inkişaf "relsləri” üzərinə keçirilsə də, iqtisadi proseslərə impuls, dinamizm verməyə ehtiyac var idi. Bu baxımdan Prezident İlham Əliyevin ilk iqtisadi Fərmanı inkişafın sürətləndirilməsinə yönəldilmişdir. Ulu Öndər də 1994-cü ildə "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” ilk genişmiqyaslı Fərman imzalamışdır. Məhz həmin Fərmanla makroiqtisadi sabitliyin əsası qoyulmuşdur.

Prezident İlham Əliyevin ölkənin iqtisadi həyatında reallaşdırdığı mühüm təşəbbüslərdən biri denominasiya ilə bağlı olmuşdur. Ölkədə pul dövriyyəsini daha da yaxşılaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirmək məqsədi ilə 2005-ci ildə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalandı. 2006-cı il yanvarın 1-dən milli valyutanın - manatın denominasiyası həyata keçirildi. 1 yeni manat 5000 köhnə manata bərabər tutuldu. Denominasiyanın həyata keçirilməsi ölkəmizdə makroiqtisadi sabitliyi bir daha təsdiq etdi.

Dövlət müstəqilliyinin bərpa edilməsindən sonra keçmiş Sovet İttifaqından miras qalmış problemlərdən biri 1990-cı illərin əvvəllərində yüksək inflyasiya səbəbindən vətəndaşlarımızın keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin kəskin şəkildə ucuzlaşması olmuşdur. Bu əmanətlər Azərbaycan dövləti tərəfindən bir neçə dəfə indeksləşdirilmiş və onlara görə kompensasiyalar verilmiş (1993-1997-ci illərdə), əmanətçilərin bir qismi qeyd olunan kompensasiyanı almış, böyük bir hissəsi əmanətləri və onlara görə verilən kompensasiyaları almaq hüquqlarından istifadə etməmiş və keçən müddət ərzində həmin əmanətlərin dəyəri xeyli azalmışdır. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti 2012-ci ildə həmin əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi barədə Fərman imzalamışdır. Belə bir qərarın qəbul edilməsi Azərbaycanda iqtisadi siyasətlə sosial siyasətin bir-biri ilə uzlaşdırıldığını açıq-aydın nümayiş etdirir.

Ümumiyyətlə, məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan həyata keçirilən hər hansı bir tədbir ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüş yarada bilməz. 2003-2017-ci illər ərzində Prezident İlham Əliyevin məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.

AZƏRBAYCAN İQTİSADİYYATI YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ

Son 15 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Bu müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqda və iqtisadi sahədə müşahidə edilən mütərəqqi dəyişiklikləri özünün həyat səviyyəsində, rifahında hiss etməkdədirlər.

Hazırda islahatların texnologiyası da təkmilləşməkdədir. İqtisadi siyasətdə çevikliyin təmin edilməsi, struktur dəyişiklikləri ilə institusional islahatların paralel aparılması, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan proqramlı idarəetmə bunu bir daha təsdiq edir. Son 15 ildə 201 proqram xarakterli sənəd, o cümlədən 12 Konsepsiya, 12 Milli Strategiya, 12 Strate