ANA SƏHİFƏ / GÜNDƏM

Mətbuat Şurasından Prezidentə TƏBRİK

3527    |   2018-04-16 16:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Adalet.az-ın xəbərinə görə, məktubda bildirilib ki, 11 aprel Prezident seçkiləri Azərbaycanın taleyində son dərəcə mühüm əhəmiyyət daşıyan hadisədir. Xalqımız bu prosesdə nəinki dövlət başçısını seçdi, eyni zamanda Vətənimizin daha da qüdrətlənməsinə aparan yolun davamına səs verdi. Azərbaycan jurnalistlərinin Prezident seçkilərinin nəticələrinə verdiyi qiymət məhz bundan ibarətdir.

"Möhtərəm cənab Prezident, Sizin Azərbaycana rəhbərliyiniz vətəndaş rifahının, ictimai asayişin və sabitliyin qorunması ilə yanaşı, ölkədə söz azadlığının dərinləşməsinə, plüralist fikrin sərbəst ifadə edilməsinə yönələn demokratik dəst-xəttin inkişafı baxımından mühüm şərtdir. Həyata keçirdiyiniz media siyasəti də buna söykənməklə kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının gücləndirilməsini, jurnalistlərimizin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasını, ümumən jurnalistikanın dövlət idarəçiliyindəki funksiya və vəzifələrinin dolğun şəkildə vurğulanmasını nəzərdə tutur. Media təmsilçilərimiz bunu daim yüksək qiymətləndirir, Sizin onlara dost münasibətinizə böyük dəyər verirlər” kimi fikirlərin yer aldığı təbrik məktubunda həmçinin bildirilib ki, jurnalistlərin Prezidentlə dostluğu həm də bənzərsiz tərəfdaşlıq örnəyi, dövlətimiz və xalqımız naminə səmərəli işbirliyinin təkrarsız nümunəsidir: "11 aprel qələbəniz bu nümunənin cəmiyyətimizə gələcək faydaları üçün müstəsna təminatdır. Möhtərəm cənab Prezident, Prezident seçkilərində qalib olmağınız münasibəti ilə Sizi təbrik edir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.




İmza:

“Konstitusiya Məhkəməsi əmanətçilərin xeyirinə qərar çıxarıb” - İqtisadçı

Aşura Rəbbimizin Öz dinini sevdiyi bəndəsi vasitəsilə qoruduğu gündür

Nazir yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb

Ana dilimiz ölməzdir, müqəddəsdir

Biləsuvarda yaşayış və məktəb binası tikiləcək

İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının SAYI artıb

Mətbuat Şurası bu saytlara xəbərdarlıq etdi

“Zəncir vurmaq, qan çıxarmaq sonradan uydurulmuş hərəkətlərdir”

Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayı azalıb

Prezident İlham Əliyev Cavid Qurbanovu "Şöhrət" ordeni ilə təltif edib

“Turistlər Masallı, Lənkəran, Lerik, Astaraya gedə bilmirdilər” - Hadi Rəcəbli

Nazirlik balıqçını polisə verdi

SON XƏBƏRLƏR
2018-09-19
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK