adalet.az header logo
  • Bakı 16°C
16 Aprel 2018 15:58
15602
İDMAN
A- A+

Məşhur futbolçu baş məşqçi oldu

Məşhur rumıniyalı futbolçu Adiran Mutu məşqçi karyerasına başlayıb.

Qol.az-ın xəbərinə görə, 39 yaşlı veteran hücumçu "Voluntari"nin baş məşqçisi təyin edilib.

Rumıniya klubu yüksək liqada qalmaq uğrunda mübarizə aparır.

Qeyd edək ki, Rumıniya millisində 73 oyun (33 qol) keçirən Mutu "Çelsi", "Yuventus", "Fiorentina" və "Parma" kimi klublarda da oynayıb.