ANA SƏHİFƏ / YAZARLAR

Görəsən, bizim yumurtamız kiminkilə səhv düşüb? - Emin Akif yazır

2674    |   2018-04-16 15:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kütlə, özü üçün pis və ya yaxşını bir-birindən seçməyən, özünü "hamı kimi hiss edən” və düşdüyü bu halı heç fikirləşməyən, əslində özünü hamı kimi hiss etməklə xoşbəxt sayan hər kəsdir. Kütlə heç bir dövrdə günümüzdəki kimi iqtidar sahibi olmayıb. Günümzün reallığı isə budur: kütlədən fərqləndiyini düşünən insanların öz fərqliliklərini cəmiyyətə elan etmək və qəbul etdirmək ehtiyacı var. Deməli, kütlə ağırlığını fərdin üstünə salır, fərdi, istedadlı, seçilən insanları və hər şeyi əzir. Hamı kimi olmayan, hamı kimi düşünməyən insanlar bu kütlələr üçün potensial təhlükədir və aradan qaldırılmalıdır.

Texnologiyaların inkişafı hesabına keyfiyyətli sənət, ədəbiyyat və düşüncə daha geniş kütlələr tərəfindən paylaşılır. Məsələn, Üzeyir Hacıbəyovu əksər adamlar tanıyır, amma onlardan Üzeyiri başa düşən nə qədər adam var?!

Bunun adı "İqnoramius”dur. Yəni cahil və bilgisiz insanlar.

Bəs, yaxşı, iki notdan ibarət, dup-çıslar və ağlaşmalar insanlara nə verir?

Texnologiya insanı qurutduqca qurudur. Üstəgəl, maddi problemlər və mənəvi boşluqlar insanın əhvalını çökdürür. İnsan içindəki sıxıntıları ya əylənməklə yıxar, ya da ağlamaqla.

Daima sosial şəbəkələrdə özüm üçün eksperiment aparıram.

Məsələn, bu yaxınlarda yazdığım bu status kütləv tərəfindən sərt reaksiyayla qarşılandı. Yazmışdım ki, "Quranın bir səhifəsini cırmışam, oturub gözləyirəm ki, ya ev başıma uçacaq, ya da meymuna dönəcəm”. Bu statusu 100-dən çox sayt "Gənc şair Quranı cırdı” başlığı ilə manşetə çevirdilər. Minlərlə adam məni təhqir etməklə kifayətlənməyib ailəmə də təhqirlər yağdırdılar. Barmaqla sayılası adamlar bu məsələdə mənə haqq qazandırsalar da, onlar da mənə tuşlanan təhqirlərdən pay götürdülər. Nə bir sayt mənim bu status barədə açıqlamamı statusum kimi yaydı, nə də bir adam açıqlamamı oxuyub səhv etdiyini anladı. Səhərsi gün bir video rastıma çıxdı. Hansısa təriqətin nümayəndələri bir yerə yığılıb özləörini döyərək, tullanıb-düşərək, qısası dəlicəsinə ayin yerinə yetirirdilər. Bu videonun fonunda diskoteka musiqisi yerləşdirilmişdi. Bu videonu "Dindoteka” başlığı ilə həm öz səhifəmdə, həm də təhqir olunduğum feysbuk qruplarında paylaşdım. Məni statusuma görə təhqir edən adamların əksəriyyəti həmin videoda bu dırnaqarası müsəlmanları təhqir etməyə, ələ salmağa başladılar. Dəqiq yadımda deyil, səhv etmirəmsə 10 mindən çox insan izləmişdi o videonu.

Nəticədə bir daha bəlli etdim ki, bu kütlə uçuruma düşməyib, uçurum arasında özünə bir körpü düzəldib, gah o yana gedir, gah bu yana gedir. Həmişə o yana-bu yana gərdiş vuran adamlara belə deyirlər: "Yumurtası səhv düşmüş toyuqlar kimi nə gərdiş edirsən?”.

Polyak rejissorların çəkdiyi qısametrajlı animasiya filmi var. Film başsız insanların yaşadığı şəhərdən bəhs edir. Bankdan pul kisəsi ilə çıxan adamla biri toqquşur, pul kisəsi yerə dağılır. Adam avtomatını çıxarıb kimə gəldi atəş açmağa başlayır. Maşınlar qəzaya uğrayır, adamları əzib keçir. Səkidə dilənən başsız adamın ayaqlarını tapdayıb keçir adamlar. Və qəfil adamların içindən başı olan bir adam çıxır. Ətrafı heyrətlə süzməyə başlayır. Sonra bir başsız qadınla toqquşur. Aralarında sevgi yaranır. Başı olan adam hər axşam öz kiçik sex otağında nəsə düzəldir. Bir gün sevdiyi başsız qadın əllərini oğlanın başına aparır, görəndə ki, onun başı var, qaçır.

Oğlan sexə qayıdır, pərdəni aşağı salır, bəlli olur ki, oğlan bu neçə günü baş kəsən edam dəzgahı düzəldibmiş. Boynunu dəzgahın altına verib öz başını kəsir, ayağa qalxıb şəhərə çıxır. Artıq o da başsızların cərgəsindədir. Sevdiyi qadınla rastlaşır və qadın əllərini qaldırıb onun başını yoxlayır, görür ki, başı yoxdur, əl-ələ verib birləşirlər. Və iri planda şəhər göstərilir, Amerikadakı əkiz qüllələr vurulur.

Hə, yəni cahil cəmiyyətlərdə təksənsə, əzilirsən, mənəvi eroziyaya uğrayırsan. Yazırsan ki, Üzeyir Mehdizadənin Türkiyədəki konsertindən görüntülər yayılıb. Bir xeyli adam da "gələ, bəyənmədiyiniz Üzeyir dünyanı fəth edir" yazır. Sizə bir şey deyim. Xalqın gözü tərəzidir! Məhz tərəzi... Ki, tərəzi kəmiyyəti göstərir, keyfiyyəti yox. Adamlar çıxıb yazırlar ki, Üzeyir mədəni, tərbiyəli oğlandır, heç kiminlə işi yoxdur, paxıllıq eləməyin. Başa sala bilmirsən ki, bütün bu şəxsi keyfiyyətlərin sənətə aidiyyatı yoxdur. İndi kimin mədəniyyəti varsa, tərbiyəsi yerindədirsə, əlinə mikrofon alıb səhnəyə çıxmalıdır? Daha bir arqumentləri də budur. Ki, Üzeyiri türklər sevir, özbəklər sevir, o bizi təmsil edir, pis ya yaxşı. Əvvəla, türk incəsənət aləmi Sərdar Ortac kimi məzmunsuz müğənni yetişdirən və onu sevən milyonlarla türk dinləyicisindən də yan keçməyib. Yaxud da bir vaxtlar sevilən İsmayıl YK. Bu cür bayağılıqlara əl çalanların Üzeyirə əl çalmağı normaldır da. Bəs, yaxşı, əgər məqsəd sırf xalqı kənarda tanıtmaqdırsa, Afaq Aslanın hansısa xarici film üçün soyunmağı, açıq-saçıq səhnələrə çəkilmək istəyi niyə bu cəmiyyəti narahat edir?

Bilirsiniz niyə? Çünki onların Afaqdan qazanacağı heçnə yoxdur. Amma Üzeyirə qulaq asıb qəmlənirlər, şənlənirlər. Axı, Afaq da pis də olsa xalqımızı təmsil etmək istəyir?!

Qınamıram... İnsanlar o qədər sənəti olan kobud, qalmaqallı adamlar görüb ki, səhnədə, indi bir mədəni insan tapan kimi sevinir. Amma qəbul eləmək istəmir ki, dahi elan etdiyi çox adamların şəxsiyyətində, şəxsi həyatında kifayət qədər xoşagəlməz şeylər var.

Görəsən, bizim yumurtamız kimin yumurtası ilə səhv düşüb?!



İmza:

YAZARIN ARXİVİ

2018-04-25 : SÖZÜN HAVASI
2018-04-25 : QARAKÖPƏKTƏPƏ
2018-04-25 : Sokrat metodu
2018-04-24 : QARAKÖPƏKTƏPƏ
2018-04-21 : Həyat etüdləri
2018-04-21 : Vaqif Aslan
2018-04-19 : Almas İldırım
2018-04-19 : İpin "günahı"
2018-04-17 : AÇIQ MƏKTUB
2018-04-17 : Almas İldırım
2018-04-17 : VADAR OLDUM
2018-04-17 : Almas İldırım
2018-04-17 : Mübarizə yolu
2018-04-13 : ƏHMƏD CAVAD
2018-04-13 : Qardaşım Arif!
2018-04-13 : Kosmosda SÜLH!
2018-04-10 : Çörək ətri
2018-04-10 : ƏHMƏD CAVAD
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (33.33%)
"Atletiko” (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK