adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Görəsən, bizim yumurtamız kiminkilə səhv düşüb? - Emin Akif yazır

11913 | 2018-04-16 15:08

Kütlə,özü üçün pis və ya yaxşını bir-birindən seçməyən, özünü "hamı kimi hiss edən” vədüşdüyü bu halı heç fikirləşməyən, əslində özünü hamı kimi hiss etməklə xoşbəxtsayan hər kəsdir. Kütlə heç bir dövrdə günümüzdəki kimi iqtidar sahibi olmayıb.Günümzün reallığı isə budur: kütlədən fərqləndiyini düşünən insanların öz fərqliliklərinicəmiyyətə elan etmək və qəbul etdirmək ehtiyacı var. Deməli, kütlə ağırlığını fərdinüstünə salır, fərdi, istedadlı, seçilən insanları və hər şeyi əzir. Hamı kimiolmayan, hamı kimi düşünməyən insanlar bu kütlələr üçün potensial təhlükədir vəaradan qaldırılmalıdır.

Texnologiyaların inkişafı hesabına keyfiyyətli sənət,ədəbiyyat və düşüncə daha geniş kütlələr tərəfindən paylaşılır. Məsələn, ÜzeyirHacıbəyovu əksər adamlar tanıyır, amma onlardan Üzeyiri başa düşən nə qədəradam var?!

Bunun adı "İqnoramius”dur. Yəni cahil və bilgisizinsanlar.

Bəs, yaxşı, iki notdan ibarət, dup-çıslar vəağlaşmalar insanlara nə verir?

Texnologiya insanı qurutduqca qurudur. Üstəgəl,maddi problemlər və mənəvi boşluqlar insanın əhvalını çökdürür. İnsan içindəkisıxıntıları ya əylənməklə yıxar, ya da ağlamaqla.

Daima sosial şəbəkələrdə özüm üçün eksperimentaparıram.

Məsələn, bu yaxınlarda yazdığım bu status kütləv tərəfindənsərt reaksiyayla qarşılandı. Yazmışdım ki, "Quranın bir səhifəsini cırmışam,oturub gözləyirəm ki, ya ev başıma uçacaq, ya da meymuna dönəcəm”. Bu statusu100-dən çox sayt "Gənc şair Quranı cırdı” başlığı ilə manşetə çevirdilər. Minlərləadam məni təhqir etməklə kifayətlənməyib ailəmə də təhqirlər yağdırdılar.Barmaqla sayılası adamlar bu məsələdə mənə haqq qazandırsalar da, onlar da mənətuşlanan təhqirlərdən pay götürdülər. Nə bir sayt mənim bu status barədəaçıqlamamı statusum kimi yaydı, nə də bir adam açıqlamamı oxuyub səhv etdiyinianladı. Səhərsi gün bir video rastıma çıxdı. Hansısa təriqətin nümayəndələribir yerə yığılıb özləörini döyərək, tullanıb-düşərək, qısası dəlicəsinə ayinyerinə yetirirdilər. Bu videonun fonunda diskoteka musiqisi yerləşdirilmişdi.Bu videonu "Dindoteka” başlığı ilə həm öz səhifəmdə, həm də təhqir olunduğumfeysbuk qruplarında paylaşdım. Məni statusuma görə təhqir edən adamların əksəriyyətihəmin videoda bu dırnaqarası müsəlmanları təhqir etməyə, ələ salmağa başladılar.Dəqiq yadımda deyil, səhv etmirəmsə 10 mindən çox insan izləmişdi o videonu.

Nəticədə bir daha bəlli etdim ki, bu kütlə uçurumadüşməyib, uçurum arasında özünə bir körpü düzəldib, gah o yana gedir, gah buyana gedir. Həmişə o yana-bu yana gərdiş vuran adamlara belə deyirlər: "Yumurtasısəhv düşmüş toyuqlar kimi nə gərdiş edirsən?”.

Polyak rejissorların çəkdiyi qısametrajlı animasiyafilmi var. Film başsız insanların yaşadığı şəhərdən bəhs edir. Bankdan pul kisəsiilə çıxan adamla biri toqquşur, pul kisəsi yerə dağılır. Adam avtomatınıçıxarıb kimə gəldi atəş açmağa başlayır. Maşınlar qəzaya uğrayır, adamları əzibkeçir. Səkidə dilənən başsız adamın ayaqlarını tapdayıb keçir adamlar. Və qəfiladamların içindən başı olan bir adam çıxır. Ətrafı heyrətlə süzməyə başlayır.Sonra bir başsız qadınla toqquşur. Aralarında sevgi yaranır. Başı olan adam həraxşam öz kiçik sex otağında nəsə düzəldir. Bir gün sevdiyi başsız qadın əllərinioğlanın başına aparır, görəndə ki, onun başı var, qaçır.

Oğlan sexə qayıdır, pərdəni aşağı salır, bəlli olurki, oğlan bu neçə günü baş kəsən edam dəzgahı düzəldibmiş. Boynunu dəzgahınaltına verib öz başını kəsir, ayağa qalxıb şəhərə çıxır. Artıq o da başsızlarıncərgəsindədir. Sevdiyi qadınla rastlaşır və qadın əllərini qaldırıb onun başınıyoxlayır, görür ki, başı yoxdur, əl-ələ verib birləşirlər. Və iri planda şəhərgöstərilir, Amerikadakı əkiz qüllələr vurulur.

Hə, yəni cahil cəmiyyətlərdə təksənsə, əzilirsən, mənəvieroziyaya uğrayırsan. Yazırsan ki, Üzeyir Mehdizadənin Türkiyədəkikonsertindən görüntülər yayılıb. Bir xeyli adam da "gələ, bəyənmədiyinizÜzeyir dünyanı fəth edir" yazır. Sizə bir şey deyim. Xalqın gözü tərəzidir!Məhz tərəzi... Ki, tərəzi kəmiyyəti göstərir, keyfiyyəti yox. Adamlar çıxıbyazırlar ki, Üzeyir mədəni, tərbiyəli oğlandır, heç kiminlə işi yoxdur,paxıllıq eləməyin. Başa sala bilmirsən ki, bütün bu şəxsi keyfiyyətlərin sənətəaidiyyatı yoxdur. İndi kimin mədəniyyəti varsa, tərbiyəsi yerindədirsə, əlinəmikrofon alıb səhnəyə çıxmalıdır? Daha bir arqumentləri də budur. Ki, Üzeyiritürklər sevir, özbəklər sevir, o bizi təmsil edir, pis ya yaxşı. Əvvəla, türkincəsənət aləmi Sərdar Ortac kimi məzmunsuz müğənni yetişdirən və onu sevənmilyonlarla türk dinləyicisindən də yan keçməyib. Yaxud da bir vaxtlar sevilənİsmayıl YK. Bu cür bayağılıqlara əl çalanların Üzeyirə əl çalmağı normaldır da.Bəs, yaxşı, əgər məqsəd sırf xalqı kənarda tanıtmaqdırsa, Afaq Aslanın hansısaxarici film üçün soyunmağı, açıq-saçıq səhnələrə çəkilmək istəyi niyə bu cəmiyyətinarahat edir?

Bilirsiniz niyə? Çünki onların Afaqdan qazanacağıheçnə yoxdur. Amma Üzeyirə qulaq asıb qəmlənirlər, şənlənirlər. Axı, Afaq dapis də olsa xalqımızı təmsil etmək istəyir?!

Qınamıram... İnsanlar o qədər sənəti olan kobud,qalmaqallı adamlar görüb ki, səhnədə, indi bir mədəni insan tapan kimi sevinir.Amma qəbul eləmək istəmir ki, dahi elan etdiyi çox adamların şəxsiyyətində, şəxsihəyatında kifayət qədər xoşagəlməz şeylər var.

Görəsən, bizim yumurtamız kimin yumurtası ilə səhvdüşüb?!

TƏQVİM / ARXİV