ANA SƏHİFƏ / GÜNDƏM

“Təklif edirlər ki, “qrammatika” sözü bir “m” ilə yazılsın” - Akademik

2880    |   2018-04-16 14:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təkliflər İşçi Qrup tərəfindən sistemləşdirilib və təhlil edilib.

Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a Dövlət Dil Komissiyasının üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib. O bildirib ki, həmin təkliflər Orfoqrafiya Komissiyasının gündəliyində müzakirə ediləcək.

"Bu ay ərzində İşçi Qrupunun son iclası olmalıdır. Həmin iclasdan sonra məsələ Orfoqrafiya Komissiyasına çıxarılmalıdır. Biz yalnız redaktə xarakterli işlər etmişik. Qəbul olunan təkliflərə baxıb, onları sistemləşdirmişik. Həmin təkifləri Orfoqrafiya Komissiyasının gündəliyinə çıxaracağıq. Təkliflər arasında yeniliklər də var. Məsələn, təklif edirlər ki, "qrammatika” sözü bir "m” ilə yazılsın və s. Komissiya baxıb yekun qərarını verəcək. Daha sonra isə sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”.

Qeyd edək ki, "Orfoqrafiya Komissiyasının "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi əsasında bəzi sözlərin yazılış qaydalarının dəyişdirilməsi, məsələn, "əsgər” sözünün "əskər”, "alqı-satqı” sözünün "alğı-satqı” yazılması və digər təkliflər cəmiyyətdə birmənalı qarşılanmayıb.



İmza:

Xəzərdə Azərbaycan-Rusiya birgə sərhəd təlimləri keçirilib

“Konstitusiya Məhkəməsi əmanətçilərin xeyirinə qərar çıxarıb” - İqtisadçı

Aşura Rəbbimizin Öz dinini sevdiyi bəndəsi vasitəsilə qoruduğu gündür

Nazir yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb

Ana dilimiz ölməzdir, müqəddəsdir

Biləsuvarda yaşayış və məktəb binası tikiləcək

İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının SAYI artıb

Mətbuat Şurası bu saytlara xəbərdarlıq etdi

“Zəncir vurmaq, qan çıxarmaq sonradan uydurulmuş hərəkətlərdir”

Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayı azalıb

Prezident İlham Əliyev Cavid Qurbanovu "Şöhrət" ordeni ilə təltif edib

“Turistlər Masallı, Lənkəran, Lerik, Astaraya gedə bilmirdilər” - Hadi Rəcəbli

SON XƏBƏRLƏR
2018-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK