warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | “Saflığa doğru” adlı tədbir keçirilib Adalet.az | “Saflığa doğru” adlı tədbir keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Saflığa doğru” adlı tədbir keçirilib

6123    |   2018-04-16 12:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılğı ilə "Saflığa doğru” adlı tədbir keçirilib. Tədbirdə Bakıda fəaliyyət göstərən ictimai fəal xanımlar iştirak edib.

Birlikdən Adalet.az-a verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, mənəvi dəyərlərimizin mühafizə olunması həm də milli dirçəlişimizin inkişafı deməkdir: "Unutmamalıyıq ki, vətən uğrunda şəhadətə qovuşanların aldığı dərs mənəvi dəyərlərimizdən keçib. Ən çox sevindirici hal onadan ibarətdir ki, bu gün ölkəmizdə milli və mənəvi irsimizin əsl himayəçisi Azərbaycan dövlətidir. Seçkilərdən sonra prezident İlham Əliyevin yenidən inşa olunan məşhur Hacı Cavad məscidinin açılışını etməsi bunun sübutudur”.

S. Əzimbəyli qeyd edib ki, birlik və bərabərliyimizi, əbədi qardaşlığımızı pozmağa yönələn yad təsirlərdən mühafizə olunmağımızın bir yolu da mənəvi saflığımızın qorunmasından keçir. Onun sözlərinə görə, həqiqi mənəviyyat adamı dini və milli kimliyə sahib olan əsl ölkə vətəndaşıdır.

Tədbirdə "Yeni Üfüq” İctimai Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə elmləri doktoru Xanım Qasımova isə mövzu ətrafına çıxış edərək ədəbi klassiklərimizin yaradıcılığında mənəvi saflığın, nəfsin, şükürün rolundan ayrıca bəhs etdiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonda müqəddəs vətən şəhidlərinin əziz ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.




İmza:
SON XƏBƏRLƏR
2019-03-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK