adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Aprel 2018 12:24
15341
KRİMİNAL
A- A+

Bakıda “Porche”dən 20 min dollar oğurlanıb

Bakıda avtomobillərin pəncərəsini sındırıb oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edənBakışəhər sakini S.Qədirov A.Salamzadə küçəsində "Toyota” markalı avtomobilindən şüşəni sındırmaqla dəyəri 500 manat olan qızıl boyunbağısının oğurlandığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək "isti izlər”lə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onunBakışəhər sakini Rüstəm Rüstəmov olduğu müəyyən edilib.

Ətrafında aparılan tədbirlərlə onun ötən il dekabrın 29-da və cari il aprelin 7-də eyni üsulla rayon ərazisində "Porche” markalı avtomobildən 20 000 dollar, "Hyundai” markalı avtomobildən isə 670 manat və 2 ədəd eynək oğurlaması da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.