warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | “ATƏT DTİHB prezident seçkilərinə qara yaxır” - Əli Əhmədov Adalet.az | “ATƏT DTİHB prezident seçkilərinə qara yaxır” - Əli Əhmədov Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

“ATƏT DTİHB prezident seçkilərinə qara yaxır” - Əli Əhmədov

7050    |   2018-04-16 12:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Aprel ayının 11-də Azərbaycanda demokratik dəyərlərə və normalara əsaslanan prezident seçkiləri keçirilmişdir. Bütün insanlar seçkilərin yüksək fəallıq şəraitində keçirildiyinin şahidi olmuşdur”.

Adalet.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli və daxili təzadlarla dolu ilkin rəyinə münasibət bildirərkən səsləndirib.

YAP-ın Sədr müavini Əli Əhmədovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının namizədi, fəaliyyətdə olan Prezident İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun əvvəlki illərdə fəaliyyətinə xalqın yüksək qiymət verməsinin nəticəsi hesab olunmalıdır:

"Digər tərəfdən, Yeni Azərbaycan Partiyası İlham Əliyevin seçki kampaniyasını yüksək səviyyədə təşkil etmiş, yüzlərlə mitinq və görüş keçirərək, onun seçki proqramını seçicilərin diqqətinə çatdıra bilib. Cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi və Yeni Azərbaycan Partiyasının İcra katibi kimi təsdiq edə bilərəm ki, həm həyata keçirdiyimiz seçki kampaniyası, həm də bütünlükdə seçki prosesi demokratik normalara uyğun, ədalətli və tam şəffaf olmuşdur. Seçkilərdən sonra ölkədəki sakit ab-hava, bütün digər namizədlərin seçilən namizədi təbrik etməsi və seçkiləri müşahidə edən 900 nəfərə yaxın müşahidəçilərin böyük əksəriyyətinin səsvermənin nəticələrini yüksək qiymətləndirməsi dediklərimin əyani sübutudur”.

"ATƏT DTİHB Azərbaycanda prezident seçkilərinə qara yaxır” – deyə, bildirən Əli Əhmədov daha sonra qeyd edib: "Bunların fonunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun kəskin fərqlənən rəyi təəccüb və təssüf doğurur, necə deyərlər, ala qarğa kimi görünür. Belə çıxır ki, ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir, hamının, o cümlədən beynəlxalq müşahidəçilərin əksəriyyətinin yüksək qiymətləndirdiyi prezident seçkilərinə qara yaxır”.(azvision.az)



İmza:

Prezident bu qanuna dəyişiklik etdi

“Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın” - Baş nazirin müavini

Deputatlarımız ABŞ-a səfər edəcəklər

Hikmət Hacıyev Berlində Dağlıq Qarabağ münaqişəsi ilə müzakirələr aparıb

“Müəllifin fantaziyasından başqa bir şey deyil” - Əli Həsənov

Energetika naziri “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib

Saakaşvili partiya liderliyindən gedir

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

Siyavuş Novruzovdan Əli İnsanova sərt sözlər: “Mələk cildinə bürünüb...”

"Ermənistan işğalı sülh olaraq qəbul edir" - PA rəsmisi

Nazir: "OPEC+ sazişinin uzadılmasına dair qərar iyunda qəbul oluna bilər"

Bu sərəncam ədalət və humanizmin təntənəsidir - SORĞU

SON XƏBƏRLƏR
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK