Bakının bəzi yerlərində niyə qaz yoxdur? - “Azəriqaz”dan cavab
"Azəriqaz” İstehsalat Birliyi Bakının bəzi yerlərində qazın olmaması barədə sakinlərin şikayətlərinə aydınlıq gətirib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, Respublika ərazisində temperaturun aşağı düşməsi və havanın kəskin soyuması nəticəsində birliyin balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib.
"Bu isə müəyyən ərazilərdə mavi yanacağın verilişində çətinlik yaradıb. Şəbəkəyə verilən təbii qazın həcmi artırıldıqdan sonra Respublika üzrə tək-tək şikayətlər istisna olmaqla, bu gün mavi yanacağın verilişi ilə bağlı hər hansı məhdudiyyət, problem yaşanmır. Hazırda əməkdaşlarımız tərəfindən tənzimləmə işləri davam etdirilir. Tələbat artdıqca təbii qazın verilişi də artır. Ötən günlərlə müqayisədə aprelin 14-i və 15-i tarixlərində təbii qazın verilişində 2 milyon 800 kub metr artım olub”, - deyə qurum rəsmisi vurğulayıb.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16