ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Pensiyalar 15 ildə 11,3 dəfə artıb” - Nazir

4945    |   2018-04-16 12:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2006-2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyasının baza hissəsinin artırılması ilə əlaqədar 9, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 Sərəncam verilib, eləcə də əvvəlki dövrlərdə qazanılmış pensiya hüquqlarının yeni sistemə inteqrasiyası istiqamətində ardıcıl qərarlar qəbul edilib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib. Onun sözlərinə görə, nəticədə əmək pensiyasının baza hissəsinin məbləği 4,4 dəfə artıb, pensiyanın sığorta hissəsinin inteqrə olunmuş indeksləşdirilmə göstəricisi 116 faiz təşkil edib.

Nazir bildirib ki, pensiya islahatlarının davamı olaraq 2017-ci ildə aparılmış köklü dəyişikliklər nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən ayrılıb, fərdi uçot sistemində "açıq hesab" prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib.

"Görülmüş tədbirlər nəticəsində əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,4 manat olmuş, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə nisbəti, yəni əvəzetmə əmsalı 28 faizdən 44,2 faizə yüksəlib. 2017-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 3.289,6 milyon manata çatıb ki, bu da 2003-cü ilə nisbətən 17 dəfə çoxdur".



İmza:
SON XƏBƏRLƏR
2018-09-19
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK