ANA SƏHİFƏ / SİYASƏT

İqtisadçı deputat: “Manatın ucuzlaşması üçün risk yoxdur”

4247    |   2018-04-16 12:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Son günlər manatın xarici valyutalar qarşısında mövqelərinin guya zəifləyəcəyi ilə bağlı heç bir iqtisadi təhlilə əsaslanmayan informasiyalar yayılır. 2018-ci ilin 1-ci rübünün iqtisadi yekunlarını təhlil etdikdə bunun üçün heç bir əsasın olmadığı acıq-aydıq görünür”.


Adalet.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibakrlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.


Deputat qeyd edib ki, 1-ci rübün nəticələrinə görə ölkədə iqtisadiyyat 2.3% artıb, iqtisadiyyata 3.5 mlrd $ investisiya qoyulub:


"Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara bərabər olub. Xarici ticarət dövriyə 31%, ixracın həcmi isə 24% artıb”.


T.Mirkişilinin sözlərinə görə, inflyasiya birinci rübdə cəmi 4 faiz olub, əhalinin gəlirləri isə 10% artıb:


"Hazırda dünya bazarlarında Azərbaycan neftinin qiyməti 70$-dan yüksəkdir, dövlət büdcəsinin uğurla yerinə yetirilməsi üçün isə nəzərdə tutulmuş rəqəm 45 dollardır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur”.




İmza:
SON XƏBƏRLƏR
2018-09-19
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK