adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Aprel 2018 12:06
9394
GÜNDƏM
A- A+

Konstitusiya Məhkəməsi seçkinin nəticələrini sabah TƏSDİQLƏYƏCƏK

Konstitusiya Məhkəməsi Plenumu sabah arelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclas keçirəcək.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclas aprelin 17-də saat 15:00-a təyin edilib.


Mərkəzi Seçki Komissiyası (MSK) dünən aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub.


Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.


Sonrakı yerlər aşağıdakı kimi bölüşdürülüb:

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,12%;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%;
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%;
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%;
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%;
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%;
"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%.


Moden.azsaytı bildirir ki, ölkə qanunvericiliyinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə əsasən, prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra14 gün ərzindəAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan etməlidir.

Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən3 günsonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir.

And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.