ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC ilə Türkiyənin İnönü Universitetinin alimləri birgə tədqiqat aparacaqlar

3127    |   2018-04-16 11:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UNEC ilə Türkiyənin İnönü Universiteti arasında təhsil və tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Adalet.az xəbər verir ki, sənədə əsasən, tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıların mübadiləsini həyata keçirəcək, o cümlədən ortaq elmi araşdırmalar aparacaq, birgə elmi nəşrlər üzərində çalışacaq, seminar və konfranslar təşkil edəcəklər.

Rektor, professor Ədalət Muradov İnönü Universitetinin rektoru, professor Ahmet Kızılayın rəhbərlik etdiyi nümayəndə heyətinə UNEC-in inkişaf strategiyasının istiqamətlərindən söz açıb, dünyanın tanınmış universitetləri ilə həyata keçirilən ikili diplom proqramları barədə məlumat verib.

UNEC-lə tanışlıqdan məmnunluğunu bildirən professor, Ahmet Kızılay İnönü Universitetinin UNEC-in zəngin təcrübəsindən yararlanmaq istədiyini bildirib. O, UNEC-in magistratura və doktorantura təhsilini yüksək qiymətləndirərək, bu sahədə əməkdaşlığın onlar üçün faydalı olacağını bildirib.

Görüşdə elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Texniki peşələr üzrə kadr hazırlığında birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Tərəflər Mevlana mübadilə proqramının genişləndirilməsi və Erasmus+ mübadilə proqramında əməkdaşlıq imkanlarını müzakirə ediblər.




İmza:

BANM Qazaxıstan-Britaniya Texniki Universiteti ilə memorandum imzaladı

“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: - sahibkarlıq, təhsil və elm”

Yeni nazir Ombudsmanın təklifinə münasibət bildirib

Ceyhun Bayramov Azərbaycanın təhsil naziri oldu

Müəllimlər üçün müsahibələr başladı

Tbilisidə ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

Azərbaycan İstiqlal Muzeyinin eksponatları UNEC-də: “Cümhuriyyət 100”

ADU-da “Azərbaycan şifahi xalq ədəbiyyatı və dil” mövzusunda dəyirmi masa keçirilib

Dövlət qulluğuna qəbul imtahanı keçirilib

Bu gün növbəti imtahan keçirilir

1-ci sinfə qəbul üzrə 55 minə yaxın sorğu yerləşdirilib

Jurnalistikanın magistraturasına qəbul olunmaq istəyən bakalavrlara XƏBƏRDARLIQ

SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (33.33%)
"Atletiko” (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK