adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Aprel 2018 09:41
8400
DÜNYA
A- A+

Makron Rusiyaya səfər edəcək

Fransa prezidenti Emmanuel Makron Rusiyaya səfər edəcəyini təsdiq edib.

Adalet.az-ın məlumatına görə, Fransa prezidenti "BFMTV" telekanalına müsahibəsi zamanı səfərin may ayında baş tutacağını bildirib.

Qeyd edək ki, daha əvvəl Emmanuel Makronun Moskva və Sankt-Peterburqa səfər edəcəyi bildirilirdi. Şərqin Suriyaya endirdiyi zərbələrdən sonra Fransanın XİN rəhbəri Jan-iv Le Drian bildirmişdi ki, Makronun Rusiyaya səfəri dəqiqdir.