ANA SƏHİFƏ / İDMAN

Salah Droqbanı da keçdi

5599    |   2018-04-15 15:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İngiltərə Premyer Liqasının XXXIV turu çərçivəsində "Bornmut”la qarşılaşan "Liverpul” 3:0 hesablı qələbə qazanıb. 

Adalet.az xəbər verir ki, həmin matçda komandasının qollarından birini vuran "qırmızılar”ın misirli hücumçusu Muhammed Salah yeni rekorda imza atıb.

"Liverpul”un heyətində ilk mövsümündəcə bütün turnirlərdə artıq 40 qol vurmuş Muhammed Salah hamını qabaqlayıb. Buna qədər Fernando Torres 2007/08 mövsümündə "Liverpul”la birinci mövsümündə 33 qola imza atmışdı.

Hazırda Premyer Liqada 31 oyundan sonra 30 qola imza atan Salah "Tottenhem”li Harri Keyni 6 qol qoyaraq, turnirin bombardiri olmaqla yanaşı, bu göstəricidə rekord qırıb.

2009/10 mövsümündə Didye Droqba "Çelsi” forması ilə 29 dəfə fərqlənmişdisə, Salah bu rəqəmi daha da yaxşılaşdırıb.




İmza:
SON XƏBƏRLƏR
2018-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK