ANA SƏHİFƏ / MARAQLI

Mağaradan malikanə düzəltdi

9659    |   2018-04-17 17:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İngiltərəli Lionel Buckett ailəsindən ona miras qalan ərazidə gəzərkən qarşısına bir mağara çıxıb. Kənardan maraqlı görünüşə sahib mağara Lionelin diqqətini çəkib. Mağaranı kəşf etməyə başlayan Lionel buranı özünə ev seçir.

Ətrafa açılan bənzərsiz mənzərəsi ilə insanları valeh edən mağara turist ziyarətlərinə də açıqdır. Lionelin yeni yaşayış yeri olan mağarasında oturma otağı, ikinəfərlik yataq otağı, bir sıra məişət avadanlıqlarından ibarət kiçik mətbəx, spa və duş kabinasından ibarət hamam otağı var. Şəkillərə baxdıqdan sonra buraya mağara demək həqiqətən də haqsızlıq olardı.

Mağaranın divarlarında ibtidai dövrü xatırladan rəsmlər həkk olunub. Girişdə daşlardan ibarət maraqlı heykəl yerləşir. Ümumi quruluşa heç bir dəyişiklik etməyən Lionel deyir ki, ətraf mühit ilə əlaqəni kəsmək istəmir: "Mağaranın pəncərələrini və giriş-çıxışları iki qat şüşədən hazırlamışam. Belə həm mən təbiətin gözəl mənzərəsini izləyirəm, həm də qışda soyuq havaların qarşısını almış oluram."

Ağacların arasında yerləşən mağara təbiətin tərtəmiz havasını sanki özünə çəkir. İçi olduqca sadə və zövqlü əşyalarla dizayn olunmuş mağara turistlərə və buranı ziyarət edən insanlara 960 dollar müqabilində bir gecəlik kirayəyə verilir.



İmza:
SON XƏBƏRLƏR
2018-09-19
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK