adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Aprel 2018 12:36
12669
İDMAN
A- A+

“Roma”lı futbolçu “Qarabağ”ı yada saldı

"Avropanın dörd ən böyük komandası sırasına düşmək həyatımın ən xoşbəxt anlarından biridir”.

Qol.az-ın xəbərinə görə, bu sözləri İtaliya mətbuatına açıqlamasında "Roma”nın yarımmüdafiəçisi Dieqo Perotti deyib. Çempionlar Liqasının 1/4 finalında "Barselona”nı mübarizədən kənarlaşdırıb yarımfinala çıxan romalıların bundan sonrakı hədəfi finala adlamaqdır.

Argentinalı futbolçu təkcə "Barselona” deyil, qrupda "Çelsi, "Atletiko” və "Qarabağ”la oyunları da qeyd edib: "Çempionlar Liqasına uğurlu start verdik. Qrupda çox güclü komadalarla qarşılaşdıq, vacib qələbələr qazandıq. Bunlar əla hisslərdir”.