adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Aprel 2018 12:03
14051
DÜNYA
A- A+

Suriyaya hücumun detalları: 105 raketlə 3 hədəf vurulub

ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya hərbi hücumunun detalları açıqlanıb.

Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, koalisiyanın birgə əməliyyatı ötən gün səhər saat 03:42-də başlayıb 05:10-da yekunlaşıb. Hücum zamanı 105 raket zərbəsi endirlib, əsas 3 hədəf vurulub. Zərbələr həm dənizdən, həm də havadan endirilib.

Pentaqon rəsmiləri vurulan hədələrin kimyəvi silah anbarları olduğunu açıqlayıb. Bildirilib ki, əməliyyat uğurla icra olunub, müəyyən edilən hədəflər zərərsizləşdirilib.

Suriyanın dövlət televiziyası hücumlar zamanı 3 mülki şəxsin yaralandığını elan etsə də, Rusiyanın Müdafiə Nazirliyi bunu təsdiqləməyib. Bildirilib ki, mülki və hərbçilər arasında xəsarət alan və ya ölüm halı qeydə alınmayıb.



Əməliyyatdan sonra ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Suriyanı yeni raket zərbələri ilə hədələyib. ABŞ rəsmisi bildirib ki, əgər növbəti dəfə kimyəvi silahdan istifadə qeydə alınsa, prezident Donald Tramp Suriyaya yeni zərbələrin endirilməsi barədə əmr verməyə hazırdır:

"Əgər Suriya rejimi qərarlarımızı sınamaq istəyərsə, təzyiqlərə hazırıq. Prezident Trampla söhbət etdim. O bəyan etdi ki, Suriya rejimi kimyəvi silahları yenidən tətbiq edərsə, ABŞ da zərbələrə hazırdır”.