adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Aprel 2018 11:49
9470
HADİSƏ
A- A+

Sumqayıtda yanğın olub, sakinlər təxliyyə edilib

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

Adalet.az FHN-nin saytına istinadən xəbər verir ki, binanın pilləkən qəfəsində quraşdırılmış 8 ədəd sayğac, 8 ədəd qoruyucu açar və 2 p.m elektrik kabeli yanıb. Yanğın zamanı binadan 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.