Ərdoğan Tereza Meylə Suriyanı müzakirə edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.
Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, danışıq zamanı Suriyadakı son vəziyyət müzakirə olunub.
T.Mey Ərdoğana Suriyaya son hücumlarla bağlı məlumat verib. Türkiyə prezidenti kimyəvi silahlardan istifadənin yolverilməz olduğunu deyib.
Ərdoğan, həmçinin Əsəd rejiminin kimyəvi silahlardan istifadə etməklə insanlara etdiyi zülmün dayandırılmasının vacibliyindən söz açıb, Suriya xalqının sülh şəraitində yaşamalı olduğunu və bunun yalnız siyasi yolla mümkünlüyünü diqqətə çatdırıb.
Digər Xəbərlər
28 Mart 2024 20:51
Azərbaycana qarşı informasiya təxribatı davam edir - Ülvi Quliyev yazır...
28 Mart 2024 19:22"Şuşa İƏT Gənclər Paytaxtı - 2024"ün keçirilməsinə dair öhdəlik protokolu imzalandı
28 Mart 2024 19:14Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Azərbaycana gələcəklər
28 Mart 2024 16:50CAR lideri İlham Əliyevi təbrik edib
28 Mart 2024 15:33