adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Aprel 2018 15:42
15736
KRİMİNAL
A- A+

Cibgirlik edən keçmiş məhkum tutulub

Bakı Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində ictimai nəqliyyatda cibgirlik edən şəxs cinayət başında yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, aprelin 13-də saat 18.30 radələrində metronun "Nizami” stansiyasında qatarda sərnişinlərdən birinin cibindən pulunu oğurlayan şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rəhim Qasımov olduğu müəyyən edilib.

Vətəndaşın cibindən oğurlanmış 38 manat maddi sübut kimi götürülüb. R.Qasımov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 ay müddətinə həbs olunub.