adalet.az header logo
  • Bakı 11°C
14 Aprel 2018 14:43
14754
SAĞLAMLIQ
A- A+

Sonsuzluğa səbəb olan xəstəlik - Süni mayalanma sürətlə artır

Rəsmi məlumata əsasən, 2017-ci ildə ölkə üzrə cinsi problemlə əlaqədar 233 uşaq qeydiyyata alınıb, bunun da 209-u cinsi yetkinliyin zəifləməsi ilə bağlıdır.

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Leyla Məmmədova  bildirib ki, qız uşaqlarında cinsi inkişaf pozuntularının sayı az deyil. Bir çox hallarda valideynlər cinsi inkişaf pozğunluqları ilə əlaqəli həkimə vaxtında müraciət etmirlər.
"Vaxtından əvvəl cinsi inkişaf zamanı müalicə tədbirlərinin gecikdirilməsi ciddi fəsadlara gətirib çıxarır. Bir çox hallarda qızlarda boy artımının dayanmasına səbəb olur ki, bu da yeniyetməlik dövründə ciddi psixoloji problemlərə gətirir. Cinsi inkişafın ləngiməsi ciddi müayinə və aşkar olunan patologiyadan asılı olaraq müvafiq müalicənin aparılmasını tələb edir. Vaxtında adekvat müalicə aparılmazsa, gələcəkdə sonsuzluq probleminin meydana çıxma ehtimalı yüksəkdir. Digər tərəfdən, istər vaxtından əvvəl cinsi inkişafa, istərsə də cinsi inkişafın ləngiməsinə səbəb olan xəstəliklər, məsələn, hipofizin adenoması və ya yumurtalıqların hormon ifraz edən şişləri və ya endokrinoloji patologiyalar vaxtında aşkar olunub müalicə tədbirləri görülmədikdə, bu pasiyentin həyatı baxımından təhlükəli ola bilər".

L. Məmmədova bildirib ki, cinsi yetkinlik problemləri özünü vaxtından əvvəl cinsi inkişaf və cinsi inkişafın ləngiməsi kimi göstərə bilər. "Dünyanın əksər ölkələrində 8 yaşa qədər qız uşağında bir və ya bir neçə ikincili cinsi əlamətin qeyd olunması vaxtından əvvəl cinsi inkişaf kimi dəyərləndirilir. Uşaqlarda ginekoloji patologiyanın strukturunda vaxtından əvvəl cinsi inkişafın yayılma tezliyi 2,5-3% təşkil edir. Cinsi inkişafın ləngiməsi 13-14 yaşda ikincili cinsi əlamətlərin olmaması və ya zəif inkişafı, 15-16 yaşda aybaşı funksiyasının başlanmaması ilə təzahür edir".


Cindi pozuntuların sonsuzluğa səbəb ola biləcəyini deyən həkim mama-ginekoloq bildirib ki, bu gün ölkədə sonsuzluğun dəqiq statistikası barədə məlumat yoxdur. "Belə ki, cütlük eyni problemlə bir neçə klinikaya müraciət edə bilər. Hər bir klinika pasiyenti sonsuzluq diaqnozu ilə qeydiyyata alır və nəticədə eyni pasiyent bir neçə müəssisənin statistik hesabatında göstərilir. İkinci məqam – rəsmi nikah olmadığından ailədə övladın olmaması da dövlət orqanlarında qeydiyyata alınmır. Lakin müraciət edən pasiyentlərin hansı problemlərlə əlaqəli müraciət etməsini araşdırdıqda sonsuzluq probleminin aktuallığı şübhə doğurmur. Süni mayalanma üçün müraciət edən cütlüklərin sayının artması həm əhali arasında köməkçi reproduktiv texnologiyalara münasibətin dəyişməsi, həm də sonsuzluğun müayinə və müalicəsində yeni yanaşmaların tətbiq olunmasıdır. Əgər bir neçə il əvvəl həkimlərimiz illərlə sonsuzluğun müalicəsini aparırdılarsa, artıq vacib müayinələr aparıldıqdan və müvafiq müalicə təyin olunduqdan sonra aşkar olunmuş patologiyadan asılı olaraq müəyyən bir müddət ərzində hamiləlik baş vermirsə, köməkçi reproduktiv texnologiyalar barədə cütlüyə məlumat verilir".(azvision.az)