adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Aprel 2018 12:47
11390
DÜNYA
A- A+

Xamenei: “Amerika, Fransa və Britaniya liderləri cinayətkardır”

İranın ali dini rəhbəri ayətullah Əli Xamenei ABŞ, Fransa və Britaniya liderlərini cinayətkar adlandırıb.

APA-nın "Tasnim” agentliyinə istinadən yaydığı xəbərə görə, Ə. Xamenei Qərb koalisiyasınınSuriyaəməliyyatına sərt reaksiya verib. "Suriyaya hücum cinayətdir, Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri isə canidir”, - deyə o, söyləyib.

Əli Xamenei bildirib ki, Amerika və onun müttəfiqləri bu cinayətlə hər hansı nəticəyə nail ola bilməyəcəklər.