adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Aprel 2018 12:19
16861
DÜNYA
A- A+

Trampdan müharibə qərarı: Suriya bombardman edildi

ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı hərbi əməliyyatların başlaması haqda qərar verib.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Trampın qərarına Fransa və Böyük Britaniya qoşulub.
Gecə saatlarından başlayaraq Suriyanın paytaxtına raket zərbələri endirilib. ABŞ prezidenti çıxışında hava zərbələrinin Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə vurulduğunu bəyan edib.