ANA SƏHİFƏ / YAZARLAR

ATƏT-in 7 iddiasına 8 cavab

38207    |   2018-04-14 09:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ATƏT-in nə qədər obyektiv olduğu onun nəzarətindəki Minsk Qrupunun fəaliyyətindən bəllidir. Bir misal: İşğal olunmuş Azərbaycan əraziləri ilə sərhəddə monitorinq aparırlar, erməni silahlıları atəşkəsi pozaraq həmin an onların gəzişdiyi sahəni gülləbaran edir, həmsədrlər başlarını tutub qaçırlar, amma bu faktı hesabatlarına daxil etmirlər.
Birinci iddia: 11 aprel Prezident seçkisində "Seçki qutularına çoxlu bülleten atılıb"- deyirlər. İddia boş və əssasızdır, ona görə ki, nə video, nə audio, fakt var, nə də hər hansı etiraz protokolu.
İkinci iddia: "Prosedurlara açıq-aşkar məhəl qoyulmayıb". Nə demək? Hansı prosedurlara, necə məhəl qoyulmayıb? Seçici gəlib, adını tapıb, vəsiqəsini təqdim edib, imza atıb, kabinəyə girib, səs verib, bülleteni qutuya atıb və ahəstə addımlarla məntəqədən uzaqlaşıb. Bir videoya baxdım: Məntəqədəki müşahidəçilərdən biri qutunu açmadan öncə məkana polisi dəvət edir. Polis gəlmir və bunun pozuntu olduğunu deyir. Alıqışlanası reaksiyadır, deyilmi? Amma ATƏT-in hesabatında əksini tapmayıb.
Üçüncü iddia: "Boykotçular seçki mühitinin çox qısa olmasının mənalı fəaliyyət üçün effektivsizliyini bildirdilər". Boykotçular tərəfdir. Tərəfin münasibətini hesabata salmaq demokratik yanaşmaya ziddir. "Mənalı fəaliyyət" ifadəsinin də mənasızlığı anındaca nəzərə çarpır. Siyasi qüvvə təbliğata hər seçki bitəndən dərhal sonra başlayar, uduzan qüvvə, xüsusən. Boykotçular prezidentliyi 5 il öncə uduzublar, təbliğatasa bu il başlamağı düşünürdülər, vaxtın azlığı da bəhanə oldu. Əziz ATƏT nümayəndələri yezid üçün ağlayanda, imam üçün də ağlamağı yaddan çıxarmayın. Məhz pülüralizm budur.
Dördüncü iddia: "Hazırda vəzifədə olan prezidentin lehinə hakim partiyanın təşkil etdiyi təşviqat tədbirləri yaxşı təşkil edildi və təmin olundu. Prezident təşviqat kampaniyasında iştirak etməsə də, ölkə üzrə səfərlər etmiş və bir çox yüksək səviyyəli xarici rəsmiləri qəbul edib. Digər 7 namizədin təşviqat kampaniyası məhdud oldu və regional struktur və resursların olmaması ilə əngəlləndi". Üç iddianın bir cavablıq canı yoxdur. Əlbəttə Yeni Azərbaycan Partiyasının təbliğatı və təşviqatı yüksək təşkil olunmalıydı. YAP-ın 7 yüz min üzvü var. Təkcə üzvülük haqlarının cəmi möhtəşəm kampaniya aparmağa yetər. Prezident vəzifəsində qalmalıydı. Seçki dövrü qlobal səviyyədə mühüm siyasi hadisələrin çuğladığı zamana düşdü. Rusiya və ABŞ arasında ciddi qarşıdurma yaşanır. Suriya dünyanın xəritəsini dəyişəcək səviyyədə alova bürünüb. Belə məqamda hansı dərrakəli dövlət adamı postundan bir ay istefa verər. Həm də Qarabağ boyda işğala məruz qalan bir ölkənin prezidenti. Özü də məkrli qüvvələrin cəmiyyətdə hər an qarışıqlıq yaratmağa hazır olduqları dönəmdə?
"Regional struktur və resursları" - Üzeyir bəyin qəhrəmanı olan Məşədi İbadın fikri olmasın, ifadəni hansı "Tarixi nadir" kitabından götürmüsüz? Yoxsa, həqiqətən Bakıdakı otellərdə Azərbaycan efirinə baxmadan gün keçirmisiz? Yoxsa bütün 7 namizədin rayon-rayon gəzdiyini, təmtəraqlı görüşlər keçirdiklərini, hətta Fərəc Quliyevin görüşündə sakinlərdən birinin sərt ifadələrlə çıxış etdiyini görərdiz.
Beşinci iddia: "Mediaya aid olan son dərəcə məhdudlaşdırıcı qanunlar ifadə və mətbuat azadlığına çətinliklər yaradır". Bu iddiaya veriləcək cavab "dəhşətsiz" reaksiyası ilə başlamalıdır. Əksinə, söz azadlığından ifrat dərəcədə istifadə olunması məhz sizin ölkənizdən bizim ölkəmizə söyüşlər yağdırılmasına səbəb oldu. Azərbaycandakı hansısa gənc Almaniyanın kanslerini söysə, rəsmi Berlinin Bakı təmsilçiliyi uça-uça bizim xarici işlər nazirliyinə gedər, şərəf və ləyaqət nağılı danışar, o gənci susdurmağı tələb edər. Azərbaycandakı söz azadlığının nəticəsində sosial şəbəkələrdəki bəzi səhifələr tərbiyəsiz fəaliyyətlərini davam etdirirlər. Mətbuata gəldikdə, hansı rəqib namizəd nə dedi, yazmadıq? Xarici işlər nazirindən tutmuş, ayrı-ayrı məmurları, ölkələri tənqid edən namizədlər oldu və onların sözləri KİV-in manşetinə çevrildi. Radikallığı ilə seçilən Sərdar Cəlaloğlu seçki bitən kimi, Real TV-yə dəvət olundu və müsahibə verdi. Seçkini boykot edənlər mitinq keçirdilər, növbətisini də elan ediblər.
Əziz avropalılar, monitorinqə gələndə oteldə televizoru yandırmağı unutmayın.
Altıncı iddia: "Bütün digər namizədlərə efir vaxtının çox az bir qismi ayrılmışkən müşahidə olunan KİV-də siyasi işıqlandırmanın ən böyük hissəsi hazırkı prezidentin vəzifəsinin icrası ilə bağlı reportajlar olub". Əslində dördüncü iddianıza cavabla altıncıya da münasibət bildirmiş olduq. Yenə də əlavələr edək: Prezident var, fəaliyyəti var, təbii ki, işıqlanmalıdır da. Həmin dövrdə Prezidentin fövqəladə qərarları olmayıb ki, ona xal qazanmaq məqsədi ilə yayımlansın. Ölkə başçısı hər gün gördüyü işlə məşğul olub və KİV də eyni münasibəti göstərib.
Yeddinci iddia: MSK tərəfindən aşkar edilmiş səhvlər və çatışmazlıqları düzəltmək üçün heç bir hüquqi müddəa yoxdur. Beynəlxalq təşkilatların müşahidəçilərin bir sıra müsahibi iddia etmişdi ki, hökumət və seçki administrasiyası tərəfindən yaradılan maneələr vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini məhdudlaşdırıb". İnanın ki, oxuyub güldüm. Seçki günü ən azı 15 məntəqədə oldum. Jurnalist Ekspert Mərkəzinin rəhbəriyəm. Seçkidən monitorinq aparmaq üçün MSK-ya müraciət etməmişdik. Sadəcə vətəndaş olaraq, məntəqləri gəzdik. Hər kəsin əlində telefon vardı, kimsə onlara çəkmə demirdi. Demək olar hər məntəqədə QHT təmsilçisi ilə rastlaşdıq, vəziyyətlə maraqlandıq. Mərkəzin obyektivliyi ilə xüsusi seçilməyə çalışan jurnalist üzvləri də var. Nəsə neqativlik axtarıb, yaymaq, jurnalist prinsiplərinə sadiqliklərini göstərmək istəyirdilər. Alınmadı. Necə yəni, "MSK tərəfindən aşkar edilmiş səhvlər və çatışmazlıqları düzəltmək üçün heç bir hüquqi müddəa yoxdur". Siz bizi oxumamısız. Seçki Məcəlləsində pozuntuların hansı cəzalarla üzləşəcəyi açıq göstərilib. Bir bülletenin qutuya artıq atılması, kimsənin başqasının yerinə səs verməsi, eyni şəxsin 4 məntəqədə fotoya tuş gəlməsi nəticəyə təsir etməyən pozuntu olduğundan cəzanın heç bir növünə tuş gəlmir.
Hörmətli ATƏT təmsilçiləri, 8 namizədin iştirak etdiyi seçkiyə ümumilikdə 7 irad bildirmisiz. 8-cini də mən deyim. Siz hakim partiyanın namizədi ilə, rəqiblərin nüfuzu arasındakı fərqi gərək lap əvvəldən hiss edəydiz. Əslində nəinki hiss edirsiz, bu fərq sizə tam məlumdur. Sadəcə, Avropanın demokratik dəyərlərinə xələl gəlməsin deyə, obyektiv görünməyə çalışırsız. Gecdir amma. Bu dəyərlərin üzərindən çoxdan xətt çəkmisiniz. İndi isə imitasiya ilə məşğul kimi görünürsüz.





YAZARIN ARXİVİ

2017-03-17 : Cəhənnəmə ki!
2012-08-14 : QIZIL HƏFTƏ
2010-05-15 : Biz dəliyik
2010-01-16 : Vağzal adamları
2009-12-31 : Mənim ilim
2009-04-18 : UZUN GECƏ...
2009-01-31 : Robot əxlaqı
2008-05-24 : Bomba klip
2008-02-16 : Murdar qocalar
2007-12-19 : HƏMİN HAVADI
2007-11-21 : Uç badam bir qoz
SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK