Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | GƏLƏCƏYİ... QORUMAQ Adalet.az | GƏLƏCƏYİ... QORUMAQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GƏLƏCƏYİ... QORUMAQ

18767    |   2018-04-14 09:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir neçə il bundan əvvəl ictimaiyyətin diqqəti çox ciddi məsələyə yönəldildi. Televiziya və mətbuat yeniyetmələrin, bəzi orta məktəb şagirdlərinin bir çox hallarda, hətta dərs zamanı internet klublarında və digər məkanlarda vaxt keçirmələrini məktəb-şagird-valideyn müstəvisində çözməyə cəhd göstərdi. Daha sonra bu məkanlara telereydlər təşkil edildi, polisin də köməyinə ehtiyac duyuldu, müəyyən məhdudiyyətlər və qadağalar qoyuldu. Bakı şəhərindəki vəziyyət xüsusi nəzarətə götürüldü, pedaqoji kollektivlər hərəkətə gətirildi. Bir ay, bəlkə də iki ay sonra bu mövzu aktuallığını itirdi. Yoxsa işlər qaydaya düşmüşdü?
Yeniyetmə və gənclərin təlim-tərbiyəsində, dünya görüşlərinin formalaşmasında məktəbin rolu və gördüyü işlər təbii ki, bu istiqamətdə bütün təlabarı ödəyə bilməzdi. Bu məsələ cəmiyyətin ən həssas çevrəsinin müntəzəm diqqətində qalmalıdır. Yəni mövsümi xarakter daşımamalıdır.
Mən əvvəllər də bu mövzuya üz tutmuşdum. Oxşar situasiyalara müxtəlif yönlərdən müqayisələr və açıqlamalar gətirməklə səbəbləri axtarmağa cəhd etmişdim. Demişdim ki, bu gün cəmiyyətdə müəyyən nigarançılıq doğuran və ya doğurmalı olan məsələlərdən biri də gəncliyin arzulanan fəallıqda görünməməsidir. Yəni istər orta məktəblərdə, universitetlərdə, istərsə də çoxsaylı işçisi olan kollektivlədə uşaq və gənclər təşkilatlarının mütəşəkkilliyi müəyyən formallıq çərçivəsindədir. Təbiətsevərliyə, diyarşünaslıq bilgilərinə, kitab müzakirələrinə, disputlara, müxtəlif təntənəli gün və bayramların gerçək iştirakçılığına coşqu və entuziazm istənilən səviyyədə deyil. Pərakəndə tədbirlər və ayrı-ayrı tədbirlərin uğurları ümumi istiqamətlərdə bütünləşə bilmir.
Deyək ki, SSRİ-nin süqutu ilə yanaşı, pioner və komsomol təşkilatları, eləcə də o dövrlərdə müəyyən funksialara malik analoji qurumlar da ləğv edildi. Ancaq həmin təşkilatların bazasında başqa adlarla yeniləri yarandı axı. Onların formalaşmasına, cəmiyyətdəki aktivliyinə onillərmi gərəkdir?
Burada nə etsən də dönüb geriyə baxmaq zərurəti yaranır. Yəni o vaxtlar ideoloji baxımdan qeyri-müəyyən istiqamətin formalaşmasına rəğmən, ümumi bir təntənə, birlik, vətənpərvərlik, lap elə beynəlmiləlçilik prosesi qurultaylarsız və bayramlarsız da qəbul edilib anlaşılırdı. Elə bu təşkilatların öz daxilində bir coşqu, bir mütəşəkkillik yaşanırdı. Pioner, komsomol düşərgələrinin, inşaat dəstələrinin nə ziyanı olurdu? Həm də ədalət naminə deməliyik ki, bu birlik, bu vətənpərvərlik isterik faşizm ideyalarından çox-çox uzaq və eyni zamanda səmimi idi. Elə bu birliyi və hərəkətliliyi yaradan, formalaşdıran da həmin o gəncliyə, onun tərbiyəsinə yönəldilmiş dövr ideologiyasının iç qatlarındakı müəyyən işıqlı cəhətlər idi. Yəni bir çox məqamları çıxmaq şərtilə başdan-başa mənfur deyildi. Bu, mürəkkəb ideoloji mexanizmin işıq gələn tərəfi idi. Sosializmin və kommunizmin təbliği, öyrədilməsi ilə yanaşı, gəncliyə əldə edə biləcəyi istənilən ədəbiyyatı oxumaq imkanı da verilmişdi. Gəncliyin əlindən elmi və bədii kitablar düşmürdü. Əksəriyyətin oxuyub öyrənmək, dünyanı dərk etmək istəyi vardı. İndi informasiya mənbələrinin bu qədər açıq və üzdə olduğu zamanda həmin ənənələrin də alt-üst olması ağrılı məsələdir. Demirəm yenidən pioner şeypurları səslənsin, komsomol iclasları keçirilsin. Bunların əvəzinə daha üstün və faydalı təlim metodları, funksional tədbir ideyaları, formaları mövcuddur. Ancaq bütün bu məsələlərə eyni ciddiliklə yanaşılırmı? Bir baxın, müasir gənclik daha çox hansı istiqamətlərə meyillidir.
İndi biz ayrı bir ölkəyik. Müstəqil Azərbaycanın müstəqil cəmiyyəti və siyasəti inkişaf etməkdədir. Bəs bu cəmiyyətdə gəncliyimizin mövqeyi nədən ibarətdir? Bu sualı təbii ki, bütün çalarları ilə qavramaq, araşdırmaq elə də asan məsələ deyil. Ancaq üst qatda dayanan bəzi mətləblər var. Bu gün Azərbaycan gəncliyinin cəmiyyətin inkişaf yollarında arzuladığımız monolitliyini görüb duymaq mümkündürmü? Müəyyən istisnalardan başqa... ürəkdən sevinə bilmirik.
Nədən belədir? Əsas səbəblərdən biri keçmişlərdə yeniyetmə və gənclərin ən azı 90 faizini formal və ya mütəşəkkil olaraq bir sıraya çəkə bilən təşkilat və qurumların çağdaş aparıcılarının analoji vəzifələrin öhdəsindən lazımca gələ bilməməsidir. Doğrudur, paytaxtda gəncliyin müəyyən irəliləyişi, intellek səviyyəsinin yüksəlişi dönüş yaranacağına ümid verir. Ancaq adam fikirləşir ki, gəncliyin bütövlükdə inkişafı üçün birbaşa cavabdeh olan vəzifə sahibləri öz işlərində nəyə görə bu dərəcədə qeyri-fəaldır?
Bu gün biz daha çox əhəmiyyət kəsb edən vətənpərvərlik tərbiyəsinin yeni istiqamətlədə daha mükəmməl yüksəlişini arzulayırıq. Vətən sevgisi bütün gəncliyi vahid bir istiqamətdə birləşdirməlidir. Bundan ötrü daha çox və daha yaxşı çalışmaq lazımdır. Həm də xarakterlərin formalaşmasında klassik və müasir ədəbiyyatın da böyük rolunu unutmaq olmaz. Kitab-mütaliə ən vacib məsələlərdəndir. Telekanalların əksəriyyəti gənc auditoriyaya hesablanmış mənasız şoular, meyxana tipli səviyyəsiz verilişlərdən də heç ayrılmaq istəmədi. Eləcə sosial şəbəkələrin də müsbət cəhətləri ilə yanaşı zərərli təmayülləri də öz işini görməkdədir. Bir çox hallarda həyat tərzinə çevrilməklə. Bütün bunları kompensasiya etmək üçün əsl vətənpərvərlik ruhu ilə çalışmaq, gəncliyi mütaliəyə daha çox yaxınlaşdırmaq, onların zəngin dünyagörüşlü vətəndaş kimi yetişməsində mühüm rol oynayan proqram-layihələrə üstünlük vermək lazımdır. Və hər gün, hər zaman bədii və elmi ədəbiyyata kütləvi marağın artırılması da əsas vəzifələrimizdən biri olaraq diqqətdə saxlanılmalıdır. Kitabın, ədəbiyyatın bəşəriyyət üçün ən qiymətli sərvətlərdən biri olduğunu kim inkar edə bilər ki?



YAZARIN ARXİVİ

2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-12-12
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK