ANA SƏHİFƏ / SİYASƏT

Tacikistan prezidenti Bakıya gələcək

7341    |   2018-04-13 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə aprelin 13-də etimadnaməsini Tacikistan prezidenti Emomali Rahmona təqdim edib.

Səfirlikdən Adalet.az-a verilən məlumata görə, E.Rahmon səfir Həsən Məmmədzadəni təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı H.Məmmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını E.Rahmona çatdırıb.

İki dost və qardaş ölkə arasında münasibətlərin və ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, iqtisadi, ticarət, humanitar və mədəniyyət sahələrinin inkişafı üzrə fikir mübadiləsi aparılıb. Tacikistan prezidenti E.Rahmonun Azərbaycana rəsmi səfəri müzakirə olunub. E.Rahmon Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, həmçinin onun da salamlarını və 11 aprel Prezident seçkilərində qalib gəlməsi münasibətilə bir daha təbriklərini Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

H.Məmmədzadə diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib və Azərbaycanla Tacikistan arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etməsi istiqamətində səy göstərəcəyini diqqətə çatdırıb.

Daha sonra Tacikistan Respublikasının Prezidenti Emomali Rahmon ulu öndər Heydər Əliyev barəsində danışaraq onun dünya səviyyəsində necə böyük siyasətçi olduğunu, tarix boyu belə şəxsiyyətlərin çox nadir halda yeişdiyini bildirərək, Azərbaycanın parçalanmasının qarşısını aldığını, ölkəni inkişaf yoluna yönəltdiyini, dünya səviyyəsində müstəqil, öz sözünü demək iqtidarına malik olan dövlətə çevirdiyini digər səfirlərin diqqətinə çatdırıb və onunla bağlı öz xatirələrini bölüşüb.



İmza:
SON XƏBƏRLƏR
2018-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK