Əbülfət MƏDƏTOĞLU: MƏN GÜNAHLAR QATİLİYƏM

ƏBÜLFƏT MƏDƏTOĞLU
54705 | 2018-04-13 15:36

Bu günlər kədərliməqamları xatırlamaq, dərddən uzaq dayanmaq israrında olsam da, amma yaxamıtanıyan, ətəyimi buraxmayan kədər bir an da olsun məndən geridə qalmır. Elə bilki, nizamlı bir əsgərik, yanaşı addımlayırıq. Addımlarımız da eyni səviyyədə,eyni nöqtədə, yerdən eyni yüksəklikdə... Bax, belə bir durumda qalmağın,yaşamağın nə demək olduğunu, yəqin ki, dərdlilər, anlayışlılar bilər. Bilməyənlərədə demək fikrim yoxdu. Çünki bu deyəcəklərimin xoş ovqat yaradacağına əminlikhissini çoxdan itirmişəm. Yəqin elə siz də mənim kimi düşünürsünüz:

- Dərd kimisevindirib ki?!

Bəli, gününözündə nə qədər müsbət çalarlar, məqamlar tapmaq olar sualını özüm özümə veribbaşımı qatmağa çalışdığım hər anın ağırlığı çiyinlərimdən basır. Bu ağırlığınaltında nəfəs almaq sudan çıxmış balıq kimi çabalamağa bənzəyir. Neyləyim ki,balığın hayına yemək iştahlılar çatdığı halda mənim hayıma yenə xatirələr,olmuşlar və bir də təbii ki, sən istəyəndə çatırsan. Hə, "sən demişkən"...bilirsən niyə bu sözü xüsusi işarəyə aldım? Ona görə ki, zamanadamı təkləyəndə, dərd yaxasını buraxmayanda, göz öz yuvasına sığınır -axtarır, arayır. Və hər yerdə səni görmək istəyir. Axı güvəndiyi sənsən. Sən dəki...

Bəli, yozumu, bunöqtələrin çalarlarını tapmaq haqqı səndə qalsın. İstədiyin səmtdən, istədiyinbucaq altdan baxa bilərsən. Mən isə yaxamdan yapışmış dərdin şəklini çəkməyəçalışacam. Könlümdən hansısa bir rəssamlıq gəlib keçir indi. Doğrudur, bununistədiyim kimi alınacağına ümidim yoxdur. Amma bacardığımı edəcəm. Onsuz da məktəbillərində də rəsm müəllimimin sevimlisi olmamışam. Bəlkə dərdin bir qolu-qanadısınmış qiymətini ala bildim. Elə ona görə də bütün gücümlə, bütün rənglərdənistifadə etməklə çəkəcəm bu şəkli. Görək necə alınır...

İnanmayacaqsınızdediyimə. İnanmamağa da haqqınız var. Çünki yaşadığımız dövr, içərisindəolduğumuz hadisələr, elə az-çox dünya görüşümüz mənim deyəcəyimin nə qədər qəribəolduğunu sizə bildirəcəkdi. Bilirsiniz, həyatımın bütün vərəqlərini son bir ayda az qala yüz dəfə çevirmişəm. Evdəkibütün albomları, bütün şəkilləri tökmüşəm ortalığa. Və...

Və inanın ki, mənimnə atamla, nə də anamla birgə şəklim yoxdur. Bilmirəm necə olubdu, Allah ağlımıharda, necə alıbdı? Amma şəkil çəkdirməmişəm onlarla. Təsəvvür eləyin, 60 yaşınqapısını döyəsən və bu 60 ilin bir anını atanla, ananla şəkil çəkdirməyəayırmayasan!.. Çox təsir edir mənə bu... Unuda bilmirəm bu boyda günahı, buboyda qəbahəti və bu boyda dərdi. Ona görə də kağızdan, qələmdən yapışanda fikir məni çəkib həmin o ruhuma, ağlıma hakimkəsilmiş məqama aparır. Və yazıram:


Tarix özyaddaşına

Kaş məni ata sənlə...

Orda şəkil çəkdirəm-

İlk dəfə, ata, sənlə!


Dünyanın buüzündə

Güc tapmadımözümdə...

Mən oturubdizində -

Baxım həyata sənlə?!


İçim sözləalışdı

Başım işləqarışdı...

Mənim ömrümyanlışdı -

Çətin boy ata sənlə!..


Bax, ruhdakı əsimə

Sənli, sənsiz kəsinə...

Kim var orda, səsimə-

Dönüb hay ata sənlə!


Nə bəxt, nəbiliklədi

Ömür, gün dilikləndi...

Gücüm də çilikləndi-

Bitdi, ay ata, sənlə!..


Yaddaşımdı,yadımdı

Şəklin qoşaadımdı!

Qovuşdum, həyatımdı-

Mən də, o ada sənlə!..

***

Hərdən özüm-özümətəsəlli üçün yapışacaq bir yer axtarıram, bir sözün qulpundan tuturam. Elə bilki, balaca bir uşaq kimi ovunmaq eşqinədüşürəm. Və tapdığım hansısa bir oyuncaqla əylənməyə çalışıram. Bu oyuncaqyaşıma-başıma uyğun olmasa da, amma uşaqlığımla bağlı olduğundan onunladanışmaq mənə xoş gəlir. Elə bil o nostalji duyğular təzədən qayıdır üzü geri.Və mən hətta bir az təəccüb də edirəm. Çünki paytaxtda, daha doğrusu, onun beşaddımlığında olan qəsəbədə hansısa oğlan uşağının, özü də indiki vaxtda,elmi-texniki tərəqqinin at oynatdığı zamanda özünə məftildən maşın düzəldib sürməsi yəqinki, sizin də diqqətinizi çəkər. Axı, bizkənd uşaqları belə böyümüşük. Özümüzə alüminium məftildən kabinası və cağlarıolan arabalar düzəldərdik. Və o arabamaşınları elə bəzəyərdik ki, indikibahalı avtomobilləri bəzəyən gənclər kimi... Bax, mən də təsadüfdən gördüyüm oməftildən düzəldilmiş maşın araba bir az istedad, bir az yaradıcılıq, bir azqabiliyyət tələb edən bir işdi. Bizim kənddə onun əsl "usta"ları varidi. Həmin ustalardan biri də mənimlə bir sinifdə 8 il oxudu. Sonra da elətexnika sahəsilə məşğul oldu. İndi Rusiyada yaşayır. Onun düzəltdiyi məftilarabalara söz ola bilməzdi. Əməlli-başlı "əsər" idi. Elə arzu edirdimki, mən də elə bir maşın araba düzəldim, mən də onu yaşıdlarımla birlikdə məhəllədə, kəndarası yollarda "yüzlə"sürüm... Amma çox arzularım kimi o gözəl maşın arabaları düzəltmək də əlimdən gəlmədiyindənbu da mənə qismət olmadı. Və günlərin bir günü baxıb gördüm ki, oğlum da Beyləqandaqaçqın kimi məskunlaşdığımız uşaq bağçasının həyətində məftillə oynayır, maşınaraba düzəldir. Kənardan izlədim. Etiraf edim ki, o bir addım məndən önəgetmişdi. Mənim güclə maşın formasına salmağa çalışdığım və uşaqlığımın xatirəsikimi, özü də uğursuz xatirəsi kimi yaddaşımda qalan məsələni o, xeyli keyfiyyətləyerinə yetirmişdi. Baxanda onun düzəltdiyi həmin o oyuncaq maşına oxşayırdı.Bu, mənə təsəlli oldu. Fikirlərimioxuyub gülməyin, nəyə sevindiyimə istehza etməyin. Həqiqətən mən kiminsə(o da ola ailənin bir üzvü - Ə.M) bir iynə boyu irəli çıxmasına həmişə sevinmişəm.O irəli çıxanın, önə keçənin məndən xoşu gəlməsə də, hətta zəhləsi getsə belə mənimiçimdə uğura, nailiyyətə fərqli bir baxış var, yanaşma var. Amma neyləyim ki, yaşantılarım imkan vermir həmişəxoş ovqatda olum. Və bu imkansızlıq, yəni basqı altında olmaq ömrü baltalasada, mən də loru dildə desək, az aşın duzu deyiləm, bildiyimi kimsəyə vermirəm.Və hətta yazıram ki:


Döymə hədər buqapını

Çırpdı qədər buqapını...

Sənə qədər buqapını -

Allah çox açıb,bağladı...


Çəkiləndənçiskin kimi

Ömrümdəki pisgün kimi...

Gözündəki nisgilkimi -

Məni də bir qızağladı...


Mən bildiyimböyük dayaq

Keçdi qəfil küləksayaq...

Daşmı, yoxsa ürəksayaq -

Dönüb arxayabaxmadı!..

***

Yazımın əvvəlindəvurğuladım ki, yaxam, ətəyim kimin, nəyin əlindədi. Üstəlik onu da vurğuladımki, elə bil sevinmək qadağası altındayam. Bir balaca üzümə təbəssüm, könlüməümid işığı yol tapanda dərhal hər şey qarışır bir-birinə. Yenə o kədər güc gəlir.O kədərdən qurtulmaq üçün güvəndiyim xatirələr və sən məni özümdən, bu şəhərdənalıb uzaqlara aparırsınız. Bu həmişə belə olur. Yəqin həmişə də belə olacaq.Amma burda bir nüans da var. Hiss edirəm ki, xatirələr də, sən də yorulursunuzməndən. Və mənim sizi yormağım gerçəkliyə çevrilir. Bir də ki, xatirə dəftərininə qədər vərəqləmək olar? Sənə nə qədər ürəyi açıb, fikirləri çözüb göstərmək,inandırmaq və sənə hopdurmaq cəhdi etmək mümkündü?!

Bəli, mənim bu qəribətərsliyim özümə də baha başa gəlir. Amma başqa bir yol da yoxdu. Elə bil ki, bütün yollargəlib mənim xatirələrimdə, mənim sənə doğru gedən yolumda birləşir. Ona görə dəhərdən sözün sanbalı da, çəkisi də öz vəznini, öz dəyərini bir az itirir, işığıbir az öləziyir. Və mən də bu öləziyən işığın altında belə özümü inandırmağaçalışıram ki, xatirələrimlə birlikdə sən də son anıma qədər yanımda olacaqsan.Bu inamın işartısı yenə də duyğulardı... həzin, bir az da könül oxşayanmisralara çevrilən duyğular... O misraların bir dəstəsini də bax elə indi, necədeyərlər, isti-isti sizə söyləmək istəyirəm.


Ümidbudaqların çırpıb əyirsən

Tikanlıbaxışla qəlbə dəyirsən...

Mənxəyal qururam, sənsə deyirsən -

Qucaqlayastığı yar əvəzinə...


Küləksaçlarını eşib yolanda

Qapıyazillənmiş gözün dolanda...

Birözün, bir də ki, dizin olanda -

Qucaqlayastığı yar əvəzinə...


Gerçəkolanların üstünü basdır

Şəklimiçəkdirib tərsinə asdır...

Adımınyerinə bu sözü yazdır -

Qucaqlayastığı yar əvəzinə...


Sonuncuümidin səssiz sönəndə

Öpübbaşdaşını geri dönəndə...

Günahsəndə deyil, günah öləndə -

Qucaqlayastığı yar əvəzinə!..


Deməli,bütün hallarda mən özümlə bərabər çəkdiyim, içərisində çabaladığım dərdlərə sənidə şərik edirəm, səni də qoşuram. Bu, bəlkə də həyatımın ən böyük günahı, ənböyük qəbahətidi. Amma neyləyim ki, başdan-ayağa günahlarla bələnmiş budünyanın özündə günahsız bir yer tapmaq gücüm yoxdu! Əgər belə bir yer tapabilsəm, təbii ki, o yer sənə aid olacaqdı. Həmin duyğuların bütün gücünə söykənibayaqda qalmaq və dilək kimi dilədiyim, ümid kimi göyərtməyə çalışdığım ən böyükistəyim isə dərdlərin sonuna çıxmaqdı. Ona görə də dərdlərdən qurtulmağınyollarını çözməkdə məndən köməkliyini əsirgəməyəcəyinə ümidliyəm. Həmin ümidlədə hətta sənə bir zarafat dolu şeir də ünvanlamışam. Yazmışam ki:


Öldürdüyümdərdlərin

Tutacaqahı məni...

İzləyəcəkömürlük -

Qatilgünahı məni...


Önümdənötüb getdi

Hayımaürək yetdi...

Buyaşda ovçu etdi -

Birmələk - ahu məni!


Vaxtınbağrını yardıq

Görharalara vardıq...

Dustaqedibdi artıq -

Birqızın mahı məni...


Deyim,vaxtdı, bir dayan

Dərdimisəssiz yayan...

Özünüxanım sayan -

Qoybilsin şahı məni!..


Bəli,özümü nə qədər toparlamağa çalışsam da, bu yazının ovqatında öz ovqatımdanbaşqa heç nə görmədim. Yəqin siz də bu ovqatın təsirinə düşməmək üçün yazınıoxuyub bitirəndə onun üstünə bir də qayıtmayacaqsınız. Axı bu ovqat məndən başqa heç kimə lazım deyil!..


TƏQVİM / ARXİV