ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Professor Aygün Attarın yeni əsərinin təqdimatı keçirildi - Fotolar

8293    |   2018-04-13 15:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Turan” Araşdırma Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və ONN və "Olaylar" informasiya agentliklərinin dəstəyi ilə Türkiyədə yaşayan həmyerlimiz, ictimai-siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə "Xocalı soyqırımı” adlı dissertasiyaya elmi rəhbərlik etmiş Aygün Attarın "Erməniçilik müasir dövrün böyük problem kimi” yeni əsərinin təqdimatı keçirildi.

Adalet.az Musavat.com-a istinadən xəbər verir ki,deputat Musa Qasımov tədbiri giriş sözü ilə açaraq 11 aprel prezident seçkilərinin nəticələri ilə bağlı Azərbaycan xalqını təbrik etdi. Daha sonra M.Qasımov dedi ki, A.Attarın təqdim edilən kitabı Türkiyədə nəşr olunub. Onun sözlərinə görə, müəllif uzun illər Türkiyənin ən böyük universitetlərindən birinin rəhbərliyində təmsil olunub, daha sonra izə Giresun Universitetinin rektoru kimi çalışıb: "Aygün Attar ad-soyadı səslənəndə mənim gözlərim önündə qeyrətli bir azərbaycanlı xanımı, Azərbaycanın maraqlarını hər yerdə qoruyan vətənpərvər Azərbaycan tarixçisi canlanır. O, təkcə arxivçi-tarixçi yox, eyni zamanda qətiyyətli, siyasi mübarizdir. Onun siyasi mübarizliyi ilə bağlı hər kəs məlumatlıdır. Aygün xanım üçün adi həyat formasıdır və bu ideallarla yaşayır. Hesab edirəm ki, bu gün ortaya qoyduğu kitabla bir çox məsələləri birləşdirir”.


Dövlət İdarəetmə Akademiyasının işçisi, elm adamı Elçin Əhmədov, MEA-ın Fəlsəfə İnsitutunun şöbə müdiri Rəna Rzazadə, alim Qasım Hacıyev vurğulayıblar ki, A.Attar təkcə öz elmi işi ilə kifayətlənən şəxs deyil. Çıxışçıların fikirlərinə görə, Millət vəkili Aqil Abbas dedi ki, xaricdə yaşayıb Azərbaycan üçün işləyən azərbaycanlıları hər zaman izləyir və bu baxımdan A.Attarın kitabı ciddi uğurdur. Millət vəkili bu kitabın Azərbaycan dilində dərc edilməsini arzuladığını vurğuladı. Ermənilərin kitabların şəbəkələşməsi işində ciddi işlər gördüyünü deyən millət vəkili Azərbaycanın tarixi ilə bağlı kitabların yayılmasında mühüm işlər görməyin vacibliyinə toxundu: "Aygün xanım, sizin Azərbaycanla bağlı gördüyünüz bütün işləri izləyirik. Siz həm də bir nümunəsiz. Həm özümüzünkülərə, həm də Türkiyədəki xanımlara nümunəsiz. Bir azərbaycanlı qadının universitet rəhbərliyində olması ciddi uğurdur.Sizin öz danışığınızda Azərbaycan dilinin incəliklərini qorumağınız öz diimizə olan hörmətin göstəricisidir”.

Sonra Millət vəkili Adil Əliyev dedi ki, bu kitablar poçt vasitəsilə insanlara göndərilməlidir. Biz bu imkanlarımızdan maksimum yararlanmalıyıq.Tədbirdə çıxış edən, "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Azərbaycan adına göstərdiyi fəaliyyətə görə professor Aygün Attara təşəkkür etdi:"Aygün xanım Türkiyədə Azərbaycanımızı erməniçilikdən qoruyur. Ancaq nə qədər qəribə də olsa, həm də Türkiyəmizi erməniçilikdən qoruyur”.















İmza:
SON XƏBƏRLƏR
2018-07-23
2018-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (16.67%)
İşdə (83.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK