adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Aprel 2018 15:01
19827
SİYASƏT
A- A+

Rüfət Quliyev: “Qələbəmiz mübarək”

"Bir müşahidəçi, bir vətəndaş kimi deyə bilərəm ki, bu seçkilər çox demokratik, şəffaf formada xalqın yüksək əhval ruhiyəsi fonunda baş tutdu”. Bunu deputat Rüfət Quliyev 11 aprel tarixində ölkəmizdə keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar bildirib. 

Deputat qeyd edib ki, "seçki komissiyası öz işini yüksək səviyyədə təşkil etmişdi. Məntəqələrdə quraşdırılan veb kameralar vasitəsilə birbaşa seçkini canlı izləmək şəraiti yaradılmışdı. Sabunçu rayonunda yerləşən 15 seçki məntəqəsində özüm şəxsən olmuşam. Xalq yüksək əhval ruhiyyədə bu məntəqələrə üz tuturdu. Bunu bariz nümunəsi kimi artıq seçki günün axşamı artıq xalq öz prezidentinin qələbəsini qeyd etməsi idi. Bu bir Milli bayram idi. Və bu prezidentimizin haqqıdır. Bu xalqın 15 ildə prezidentimiz tərəfindən həyata keçirilən layihələrə, siyasətə qazanılan uğurlara, görülən işlərə münasibəti, dəstəyi idi”. Deputat beynəlxalq müşahidəçilərə tövsiyyə də etdi: "Beynəlxalq təşkilatların nümayəndələridə bu uğurun qeyd olunmasını müşahidə etsəydilər bir daha əmin olardılar ki, xalq öz seçimini, öz uğurunu necə yüksək səviyyədə qeyd edir. Və prezidentimizi necə dəstəkləyir. Bilirsiniz həm xalq, həm mən, həm balalarım hər birimiz sabitlik, əminamanlıq, iqtisadi inkişafa səs veririk. Hər birimiz bu uğurların davamını istəyirik. Bu uğurlu siyasətin iştirakçısı olmaq istəyirirk. Xalqımızı, millətimizi, bütün azərbaycanlıları təbrik edirəm. Qələbəmiz mübarək”.


Rüfət Quliyev
Millət vəkili