Valideynləri tərəfindən atılan məşhurlar
Hamımız üçün məşhur insanların taleyi, həyat yolu maraqlıdır. Onların bəzilərinin həyatı sirrli qalsa da, əksər hallarda onların özlərinin dilinsdən bu sözləri eşidirik: "Həyatım keşməkeşli yollardan keçib". Kimisi üçün bu keşməkeş kasıblıqdan, kimisi üçünsə doğmalarını itirməkdən ibarətdir. Bu yazıda valideynləri tərəfindən atılan məşhurları tanıyacaqsınız.
Stiv Cobs
1955-ci il fevralın 24-də San Fransiskoda dünyaya gəlib. Anası Coanne Şieble,
atası Əbdülfəttah Candali Viskonson Universitetinin aspirantları idi. Onların
rəsmi nikahı olmadığı üçün övladlarını uşaq evinə verməyə məcbur olurlar. Körpə
Paul və Klara Cobs tərəfindən övladlığa götürülüb. Onlar uşağa Stiv adını
qoyublar. Klara mühasib, Paul isə sahil mühafizə xidmətinin veteranı və
maşinist idi.
Stivə texnologiyanı məhz ögey atası Paul sevdirib. Onlar evin qarajında
saatlarla hansısa aləti söküb, yığırdılar. Bu, Stivdə artıq bir hobbiyə
çevrilmişdi. Texnikaya olan bu istək, həvəs gələcəkdə Stiv Cobsu "Apple”
şirkətinin qurucusu edir. Yeri gəlmişkən, Stiv 27 yaşında bioloji
valideynlərini tapır. Onda Əbdülfəttah politologiya üzrə professor, Caanne isə
loqoped idi. Cütlük artıq evlənmişdi və Mona adlı bir qızları da vardı. Mona da
sonralar Amerikanın yazıçılarından biri olur.
Nikol Riçi
Nikol Riçi bəziləri tərəfindən məşhur müğənni Laynl Riçi və Brendanın qızı
olaraq tanınır. Amma həqiqət elə deyil. Nikol əslində Laynl Riçinin orkestrində
çalışan bir cütlüyün qızıdır. Nikolun ailəsi onu üç yaşına qədər böyüdüb, daha
sonra maddi durumları yaxşı olmadıqları üçün dostları müğənninin himayəsinə
veriblər. Nikol 9 yaşına çatanda, yəni Riçi cütlüyü boşanmadan bir il əvvəl
rəsmi olaraq məşhur müğənni tərəfindən övladlığa götürülüb.
Con Lennon
Con dünyaya gələndən dərhal sonra valideynləri ayrılmışdı. Amma sonra yenidən
evlənmişdilər. Culiya kəbin mərasiminə gecikmişdi. Çünki yolda kinoya baxmaq
istəmişdi. Dörd il sonra əri Alfred onları qoyub gedir. Nə vaxtsa qayıdacağına
söz verərək… Balaca Conu xalası Mimi saxlayır, tərbiyə edir.
Koko Şanel
Dünyadakı ən məşhur qadın dizayner 1883-cü ildə Samurda dünyaya gəlib. 5 uşaqlı
bir ailəsi olub və ailənin maddi durumu yaxşı olmayıb. 12 yaşında atası onu
əvvəlcə bir uşaq evinə, sonra katolik monastrına, daha sonra da yatılı bir
internat məktəbinə göndərib. Kokonun dediyinə görə, yaşadıqları onu bu peşəni
seçməyə məcbur qoyub. Çünki həyatı boyunca ancaq boz rəngli bir məktəbli
forması geyinmək məcburiyyətində olmuşdu.
Ray Liotta
Rayın bioloji valideynləri onu rədd edib, çünki bir uşağı saxlamaq
məsuliyyətini üzərlərinə götürməyiblər. Zəngin bir italyan ailə tərəfindən
övladlığa götürülən Rayın bir bacısı var.
Jamie Foxx
Məşhur aktyor Jamie Texasda Lusi Dixon və Darrell Bishopun ailəsində dünyaya
gəlib. Doğuşdan qısa müddət sonra ailəsi Jamieni övladlığa verib. Yeni ailəsi
ona sənəti sevdirib. Pianoda ifa etməyi öyrədib.