adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Aprel 2018 14:19
17828
SİYASƏT
A- A+

Millət vəkili Elçin Quliyev İlham Əliyevi təbrik etdi

Bu gün artıq tarixə çevrilən Azərbaycan Prezidenti İlham Əliyevi 11 aprel növbədənkənar prezident seçkilərində ki QƏLƏBƏSİ , onun bir daha Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edir, xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıram.

11 aprel növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqı öz prezidentinə, sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə yenidən böyük etimad göstərdi. Xalq-iqtidar birliyi öz zəfərini bir daha rəsmiləşdirdi. Xalqımız öz səs ilə həm də son 15 ildə görülən işlərə, qazanılan uğurlara, həyata keçirilən layihələrə qiymətini, dəstəyini ifadə etdi.

Bu bir həqiqətdir ki gerçək xalq-iqtidar birliyi, aparılan məqsədyönlü siyasət Azərbaycanı qüdrətli dövlətə çevirməkdədir. Məhz bu birliyin sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artır, dünya miqyasında layiqli yer tuta bilir, beynəlxalq tədbirlərdə, konfranslarda öz sözünü deyir. İndi Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan, özünü etibarlı tərəfdaş kimi tanıtmış bir ölkədir.

Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyatımız 3,2 dəfə artmışdır və bu gün Azərbaycan dünyanın ən rəqabət qabiliyyətli ölkələri sırasındadır. Çünki Dövlət siyasətinin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı dayanıbdır. Son 15 il ərzində maaşlar və pensiyalar 8 dəfə artmışdır. Rəqabət qabiliyyətliliyinə görə biz 35-ci yerdəyik.

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı çevik siyasət nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanılması, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm sistemli tədbirlər həyata keçirilməkdədir. Azərbaycanda biznes mühitinin formalaşdırlması üçün lazımı tədbirlər davamlı olaraq həyata keçirilir. İqtisadiyyatın aparıcı sektorlarından biri olan qeyri-neft sənayesinin inkişaf etdirilməsi və onun iqtisadi artıma artıq müsbət töhfələr verməsi danılmaz faktdır. Aqrar sektorun inkişafı çərçivəsində son dövrlər ölkənin regionlarında aqroparklar, müasir tipli istixanalar intensiv bağçılıq və tərəvəzçilik, baramaçılıq, pambıqçılıq inkişaf etdirilib. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Dövlətimizin təşəbbüsü və fəal iştirakı sayəsində Avrasiyanın enerji və nəqliyyat xəritələri yenidən tərtib olunur.

Eyni zamanda, döyüş meydanında biz böyük qələbəyə nail olmuşuq. Azərbaycan əsgəri, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad etmişdir. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdır Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir.

Xalqımı bir daha təbrik edirəm. Bu yol qələbə yoludur. Bu yolun yolçuları isə xalq-iqtidar birliyidir. Bunu Azərbaycan xalqı bilir, dəstəkləyir və etimad göstərir. Bu yolda hər birimizə uğurlar.

Elçin Quliyev,

Millət vəkili