adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Aprel 2018 13:14
11342
MƏMLƏKƏT
A- A+

Sabahın hava PROQNOZU: Güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Adalet.az-a verdiyi məlumata görə, sabahBakıda və Abşeron yarımadasındabuludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanınrayonlarındabəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Aprelin 14-dən 15-i gündüzədək güclü xəzri küləyi fonunda temperaturun aşağı enməsi və rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlarda narahatlıq yarada bilər.

Xəbərdarlıq

Aprelin 14-dən 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.