adalet.az header logo
  • Bakı 13°C
13 Aprel 2018 12:54
19937
MARAQLI
A- A+

100 kişidən 2-si, 100 qadından isə 1-i qadın xəyanətinə haqq qazandırır

Xəyanət deyəndə əsasən kişilərin xəyanəti ağıla gəlir. Amma bu gün kişi xəyanəti qədər qadın xəyanəti də var. Bəs, cəmiyyət qadın xəyanəti barədə nə düşünür ? Bu sualla 400 Bakı sakininə müraciət etdik.

Rəyi öyrənilmişlərin böyük əksəriyyəti xəyanəti zərif cinsə yaraşdırmır (96 %). Xüsusilə qadınlar həmcinslərinin xəyanətinə pis yanaşır (98 %). Kişilərin isə 94 %-i qadın xəyanətinə qarşıdır.

3 % respondent üçün hər şeydən öndə şərait və şərtlər gəlir. Xüsusilə kişilər qadınların xəyanətini vəziyyətə görə dəyərləndirməyin tərəfdarıdır (4 %).

Xanımların xəyanətinə müsbət yanaşanlar cüzi də olsa, var (1 %). Qadınların 1%, kişilərin isə 2%-i xanımların xəyanətini yaxşı qarşılayır.

Sorğu 10-17 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir