Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Doğum tarixi hansı xəstəliklərdən xəbər verir? Adalet.az | Doğum tarixi hansı xəstəliklərdən xəbər verir? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Doğum tarixi hansı xəstəliklərdən xəbər verir?

7291    |   2018-04-13 17:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ alimləri 1,7 milyon insanın sağlamlığı ilə doğum tarixini qarşılaşdıraraq inanılmaz nəticələr əldə ediblər.

Araşdırmalara görə, doğum tarixi əslində xəstəlikləri də müəyyən edə bilir. Məsələn, may ayında dünyaya gələnlər daha çox xroniki xəstəliklərə tutulurlar.

Kolumbiya Universitetinin professorları 1985-2013-də Nyu Yorkun Presbyterian xəstəxanasında müalicə alan 1,7 milyon insanın sağlamlıq məlumatlarını doğum tarixi ilə alqoritmik üsulla qarşılaşdırıblar.

Nəticəyə görə, mart və aprel ayında doğulanların ürək-damar xəstəlikləri, oktyabr və noyabr ayında doğulanların isə nevroloji xəstəliklərə tutulma riski böyükdür. Bundan başqa, asma kimi bronxial xəstəliklər iyul və oktyabr aylarında doğulan, diqqətsizlik isə noyabr ayında doğulanlarda müşahidə olunur.

Təcrübəni həyata keçirən Mari Regina Boland doğum tarixi və risklər arasındakı bağlantının ətraf mühitin təsiri ilə xəstəliklərin bioloji mexanizmi arasındakı əlaqəni ortaya qoyduğunu söyləyib. Gənc professor bu yeni üsulla həkimlərə xəstəliklərin müalicəsində kömək edə biləcəyini də bildirib.

Təcrübənin nəticələri "Journal of American Medical İnformatics Association” jurnalında dərc olunub.

Qaynarinfo.az



İmza:
SON XƏBƏRLƏR
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK