adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Aprel 2018 10:36
8614
MƏMLƏKƏT
A- A+

Kür çayı üzərindəki körpü istifadəyə verilib

Ölkə başçısının müvafiq Sərəncamına əsasən, Yevlax-Malay mənzilinin 253-cü kilometrində Kür çayı üzərində yerləşən metal dəmir yolu körpüsündə rekonstruksiya işləri aparılıb.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Adalet.az-a verilən məlumata görə, körpü əsaslı təmirdən sonra istifadəyə verilib.

Qeyd edək ki, körpü 1927-ci ildə inşa edilib. 5 aşırımdan ibarətdir, ümumi uzunluğu 262, 77 metrdir. Körpünün aşırımlarının əsas elementlərində (eninə və uzununa tirlərində) çatlar, qopmalar, metal lövhələrin korroziyadan yeyilməsi pərçim bərkidicilərində boşalma, aşırımlarda metal yorğunluğu əmələ gəlmiş, bununla da körpünün aşırımlarının çox hissəsində konstruksiya və elementlər dayanıqlılıq qabiliyyətini itirmişdir. Körpünün əsaslı təmiri zamanı aşırımlardan 4-ü yenidən qurulub, metal aşırım korroziyadan təmizlənib və rənglənib. Körpünün yenidən qurulması qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Körpünün sifarişçisi "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, podratçı təşkilat isə "Körpübinatikinti” MMC-dir.