adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Aprel 2018 10:15
10891
GÜNDƏM
A- A+

Müdafiə Nazirliyi: Ermənilərin yaydığı məlumat yalandır

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun ermənilərə məxsus mülki yük maşınını atəşə tutması barədə yaydığı məlumata münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Ermənistan tərəfinin yaydığı məlumat yalandır.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan özünün "Facebook" səhifəsində guya Azərbaycan Silahlı Qüvvələrinin Baqanis sərhəd kəndində mülki yük maşınını atəşə tutması haqda məlumat yaymışdı.