adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: NƏZAKƏTİN TƏZƏ SÖZÜ

ƏBÜLFƏT MƏDƏTOĞLU
48859 | 2018-04-12 18:24

Sizə təqdim etdiyim bu kitab, yəni "Yurd dediym bu torpaq" barəsindəbir oxucu sözünü kağıza köçürmək və yaxud da bilgisayara diktə etmək mənim üçünbir az çətindi. Ona görə ki, kitabın müəllifi mənə doğma olduğundan onun barəsindəyazacağım hər sözün arxasında öncə onun özünü görürəm. Elə bilirəm ki, həmişəkikimi masa arxasında üz-üzə oturub fikirlərimizi bölüşürük. Bax, bu səbəbdən neçəgündür gözdən keçirdiyim mətbəə qoxulu kitabı oxuya-oxuya, vərəqləyə-vərəqləyə düşünür...düşünür və nəhayət, yazmağa qərar verirəm. Necə deyərlər, düşüncələrimi onunla vəsizinlə bölüşürəm...

Bu kitab bir poemadan və bir də şeirlərdən ibarətdir. Kitabın ön sözününmüəllifi çox hörmətli Sona Vəliyevadır. İkinci, yəni müəllif barəsində fikir söyləyən, onun yaradıcılığına münasibətbildirən Barat Vüsaldı. Təbii ki, hər iki ön sözün və hər iki müəllifin cəmiyyətdəkinüfuzu, yeri və hər ikisinin də söz dünyasındakı imzası kifayət qədər məlumdur.Ona görə də hər iki müəllifin fikirləriylə də tanış olandan sonra birmənalı şəkildə razılaşdım ki, Nəzakətin şeirləri,ümumiyyətlə, ədəbi yaradıcılığı təkcə gerçəkliyə, reallığa deyil, həm də özünüifadəyəsöykənir. Yəni müəllif daha çox öz sözünün şəklini çəkir, öz sözünü göstərir. Vəbu da onun həyata iç dünyasından vurğunluqla baxmasından irəli gəlir. Dəfələrləşahidi olmuşam ki, ən kiçik bir hadisə də, ən diqqəti çəkməyən bir gözəlik də, həttasızıltı da Nəzakətdən yan keçmir. Və bu xanım dərhal ona öz sifət ifadəsində, həttabaxışlarının dibində belə yaşayır. Bunu gizlədə bilmir. Və sonda da həmin o yaşantı onun kağıza köçürdüyüsözə çevirir. Həmin söz də şeir olur.

Bax, barəsində danışdığım kitabdakı poema ən böyük dərdlərimizdən birinə,bütün insanlığın nifrətini ayağa qaldıran və düşmənə həm də bir lənət damğası olanXocalı qətliamına həsr olunub. "Şəhid zirvəsi" adlanan bu poema Xocalıfaciəmizin 25 illiyinə, şairənin sanki bir qom qərənfil hədiyyəsidir. O, həmin qərənfillərisöz formasında şəhidlərin məzarı üstünə gətirib və yazıb:

Elə bil səngər tək qazılıb sinəm,

Qəlbimdə duyğular barıt qoxulu.

Uğrunda ölməyə hazıram, Vətən,

Hər misran döyüşən bir əsgər yolu.

Zənnimcə, hər misrasını bir əsgərə, bir əsgərin səngərə doğru uzanıb oradandüşmənə tərəf davam etməyə hazır olan əsgər yolu hesab edən şairə özünün bu fərqliyanaşması ilə həm də yolun bitmədiyini, yəni hələ qələbəyə gedib çatmadığını işarəedir. Ona görə də vurğulayır ki:

Boylanır yaddaşın binələrindən

Bir ovuc bayatı, bir yarpaq ağı.

Vəğən ağrısını duymayan ömrü

Heç vədə istəməz Vətən torpağı.

Bəli, mən bu poemanı oxuyub başa çıxana qədər təkcə sözün kədər yükünüdeyil, onun həm də bir güllə, bir xəncər olduğunu da yaşadım. Yəni onsuz da taleyimdəngəlib keçən Qarabağ dərdimin Xocalı səhifəsini bütünlüklə yaşamış oldum. Və şairəninsöylədiyi gerçəkliyə də içimdə təkrar bir əminlik yarandı. Çünki Nəzakət xanım qətibir şəkildə ifadə edib ki:

Bir gün mütləq uçulacaq

Bu dərdin, qəmin hasarı.

Çiçəkləyər bu millətin

Ümid dolu arzuları.

Bax, bu cür inam və bu inamın da oxucuya şeir formasında, poetik üsuldatəqdim ediləndə öz kəsərini daha da artırır. Və onda əmin olursan ki:

Yurd dediyin bu torpaq

Döyüş qərargahımdı.

Hər çınqılı, hər daşı

Ulu səcdəgahımdı.

Nəzakət xanımın kitabda oxuculara təqdim etdiyi şeirlərdən birinin adı"Göz"dü. Mən həmin şeiri birneçə dəfə oxudum. Çünki söhbət gözdən gedirdi. Və deməli, göz də şeirə gələndə,yəni sözə çevriləndə şair qələmində şeirdi, yazıçı qələmində nəsr əsəri, jurnalistqələmində publisistika, informasiya, danışanın dilində isə özünü və istəyini ifadəetmək. Bax, bu mənada Nəzakət xanımın "Göz" şeiri sözlə poetik hisslərinifadəsi olmaqla bərabər həm də sözün gücüyləduyğuları nizamlamaqdı. Nəzakət yazır ki:

Dağlarımın başındabuludlarım ağlayır,

Dili batmış o yetimbulaqlarım ağlayır.

İçimdə qəzəb, nifrətçaylar kimi çağlayır,

Məni bu intiqama,bu qisasa səsləyən

Zabitanasıyam mən.

Vəyaxud:

Obaşqa bir məqamda sözü bu cür dirildir:

Dözməkdənbezmişəm, ruhum ağlayır

Həzrətiİsa tək sanki dardayam.

Bəxtimyatan yeri tapdım, oturdum,

Ovaxtdan bu vaxta hələ ordayam.

Ayrı-ayrışeirlərdən nümunələr olan o parçalar da yəqin ki, sözün kəsərini siz də tuta bildiniz.Ümumiyyətlə, bir məqamı da vurğulayım ki, Nəzakət xanım vətənə, torpağa, şəhidəvə əsgərə daha çox diqqət yetirən, bu söylədiyim mövzularla daha çox "dil tapan,anlaşan" şairədi. Onun dostlarına, rəfiqələrinə ünvanladığı misralar da Vətən,torpaq sevgisi, yurd nisgili, şəhid acısı həmişə bu və ya digər formada diqqətəçatdırılır. Hətta ana itgisiylə, ana yoxluğuyla həmsöhbət olan, onu şeirə gətirənNəzakət xanım dediyim bu məqamın özündə də həmin o fərdi yanaşma imkanlarını yaddançıxarmır. Və yaxud dərdi fərdiləşdirəndəbelə o dərdin özəlliyinə yenə əvvəldə söylədiyim çalarları qatır. Məsələn:

Görneçə illərdi gör-gör göynəyir,

Qaçqınınyurd dərdi, Vətən dərdi var.

Yüzil əkilməyən torpağımızın

Köksündəsızlayan kotan dərdi var.

Vəyaxud:

Otayın da, bu tayın da adı Vətən,

Qanqallarınarasında gül bitirən,

Bülbülləriağı üstə dil-dil ötən,

Oda Vətən, bu da Vətən -

Ərdəbilim.

Vəyaxud:

Ölümüngözünün içinə baxdım,

Ölümühər anın özündə daddım...

Necəqəribədi, ölümdən qaçıb,

Ölüməgedirəm hər an bir addım.

Zənnimcə,bu şeir nümunələrinin hər birinin içərisində yeriyən, yəni hərəkətdə olan, danışanvə bir də şəkil kimi, rəsm kimi özünü göstərən fikir yüklü sözü görmək çox asandı.Amma bu asan olanı şairə öz istedadının, öz ürəyinin gücüylə Söz dünyasına gətiribdi,oxucu qarşısına çıxarıbdı. Mən də bacım Nəzakətin "Yurd dediyim bu torpaq"kitabı barəsində söylədiyim beş-altı cümləylə bildirmək istəyirəm ki, Söz dünyasınıtər, öz qoxusu, öz nəfəsi və öz görüntüsü olan Söz gəlib, Nəzakətin Sözü! Mübarək olsun!


TƏQVİM / ARXİV