adalet.az header logo
  • Bakı 12°C

Ədəbiyyatda senzuraya ehtiyac var - Emin Akif yazır

12457 | 2018-04-12 15:46

Bir dəgörürsən ki, palaz boyda dəvət mesajı gəlib. Açıb görürsən ki, yazılıb: "FilankəsFilankəsin zad-şeydi kitabının təqdimat mərasiminə dəvətlisiniz”. Baxırsan ki,mesajı yollayan müəllifin özüdür, özü də salam-sağolun var. Üzünü turşudub"yaxşı, gələrəm” deyib təqdimat mərasiminə gedirsən.

Səs-küylərgüllə kimi yağır havada. Bir-birini öpən kim, kürəyindən vurub "sağ əli səninbaşına, şair” deyən kim. Adamlara baxırsan, görürsən ki, bu filan filankəsdir,o filan bəhmənkəs. Tanıdığın cızma-qaraçılar. İçlərində bir adam da olsun oxucuyoxdur.

Birazkeçir, kimsə mikrofonu əlinə alıb sözə başlayır: "Əziz Filankəsi sayıb bura gələnlər.Bugün bu Filankəsin sözünün işığına toplaşmışıq”. Sözün işığı da nə işıq...Başqa şairlərin ilham dirəklərindən çəkilmiş oğurluq işıq, ya da ümumiyyətlə,adamı qaramatın içinə salan işıq. Elə bil, nağıldasan, it hürən tərəflə işıq gələntərəf arasında girinc qalmısan. Bir qələt edib işıq gələn tərəfə getmisən,görmüsən, burda həm itlər hürüşür, həm də ki, Filankəsin işıqları borcdan kəsilib.

Sonrabizim bu qaramat Filankəsi o ki var tərifləyir məclisin aparıcısı. Ay nə bilim,bunun poeziyasına filan şair qiymət verib, ay nə bilim, bunun şeirləri adamınürəyinə işləyir. Bu azmış kimi orada nə qədər adam varsa sıra ilə hamısına sözverirlər. Bu adamlar da sözün müqəddəsliyini deyə-deyə çığırırlar: "Ooo” ...."Iııı”... I da ki, O-ya girdi, zənn elə ki, sözün əsl-kökünü...

Bəs buFilankəs kitab imzalamasın?

İmzalasında.

Kitabalsınlar da.

Kitabalmağı da toya, yasa çeviriblər. Kim kimin kitabını gəlib alıbsa, o da onunkitabını alır.

Ən dəhşətlisiisə...

Hə, çoxkədərlidir. Cəmi-cümü 100 kitabı satılan müəllif sonda 20-30 nəfəri başınayığır, qonaqlıq verir.

Bəs,yaxşı, əgər sənin oxucuların özünə "həmkar” saydığın adamlar olacaqdısa, bu həngamənəyə və kimə lazım idi?

Bu təqdimatlardaşəkil çəkdirib, mikrofonu əlinə götürüb söz deməyi özünə xoşbəxtlik sayanadamlar var. Hərə özünə bir qruplaşma yaradıb düşüb ədəbiyyatın canına. Birideyir, mənim qız oxucularım çoxdur.

Buyalançı "sözbaz”lar qədər oxucu problemi də var. Bugünlərdə şair Hikmət Orhun feysbukoxucularına yaxşıca kələk gəldi. Mən kələk deyirəm ha, bunun adı məzələnməkdir.Hikmətlə kafedə oturanda elə hey soruşurdu ki, Ağca Maya adlı bir qadın var.Şeirlər paylaşır, nə qədər də adam bəyənir, şərh bölümündə təriflər yağdırır.Bilmirsən kimdir? Dedim, yox. Soruşdu, al, bu şeiri oxu, gör necədir? Şeirioxudum, dedim ki, heçnə, söz yığını. Axşam evə gəldim, feysbuku açdım. HikmətOrhunun statusu rastıma çıxdı.

"Ağca Maya profilinin sahibi mənəm: Hikmət Orhun.

.... hələ davam edib, şeir haqqında təsəvvürü olmayan adamların həminprofildə paylaşılan söz yığınağına necə təriflər yazdığını göstərəcəkdim.

İndi ki söhbət açılıb deyim, laykerlər üçün şeir, sənət maraqlı deyil,onu yazanın cinsiyyəti maraqlıdır.

Ağca qadınvə eyni zamanda gizli idi, deyə, maraq doğurdu.

Bəli, profil sahibi, şeirin yazanı nə qədərgizlidir, o qədər diqqət çəkir.

Misal üçün, əminəm ki, Bahar Zamanova elə də dəhşətistedad sahibi deyil.

Sadəcə, gizliliyi onu hamı üçün maraqlı edir.

Eləcə də, AğcaMaya bu yolla qısamüddətli populyar oldu.

Di,gedin, yatın. Öpürəm.

Hikmət Orhun”

Hikməti alqışlayıram! O mənada ki, bir də görürsən,kimsə şeir paylaşır. Heç bir dəqiqə keçməmiş 30 nəfər bəyənir. 20 nəfər rəyyazır ki, "Əhsən, şair, silkələdin məni”. Ay adam, 1 dəqiqədə sən necə oldu ki,şeiri oxudun, şairin hisslərini anladın, bəyəndin, rəy yazdın?! Belədir də...Şair biraz tanınmışdırsa, onun nə yazdığı önəmli deyil, üstəgəl, qadındırsa.

Hansısa şairin intonasiyasını, hecasını, qafiyəsinigötürüb içini doldurub adını da şeir qoymaq eynən buna bənzəyir:

Sənə hazır stəkan verirlər, deyirlər ki, bununüstünə naxış vur, bəzə. Bir də var, sənə material verirlər ki, bundan elə birstəkan düzəlt, bu formada stəkan heç yerdə olmasın. Əsl şair və əsl şeirikincisidir.

Xülasə, inanın, şairlərin şairlərlə olanproblemindən və bunun həllindən vacib məsələ şairin oxucu ilə olan münasibətinhəllini tapmasıdır. Oxucuları ayıltmaq lazımdır. Onları pafoslu, ağlamalı,populist şeirlərlə bəsləməklə heçnə həllini tapmayacaq. Hətta, deyərdim ki,bizə senzura lazımdır. Konkret bir ədəbi qurum çap olunan şeir kitablarınanəzarət etməlidir. Amma çətin ki...

TƏQVİM / ARXİV