adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Aprel 2018 17:42
12991
MƏMLƏKƏT
A- A+

Bakıda evlərin kirayəsi bahalaşıb

Mart ayında paytaxtda günlük kirayə verilən mənzillərin qiymətləri qalxıb.

Adalet.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında daşınmaz əmlak eksperti Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, yanvar-fevral aylarında günlük mənzil kirayəsi 50 manat idisə, Novruz bayramında 70-80 manata yüksəlib.

Günlük kirayəsi 100 manat təşkil edən mənzillərin kirayəsi 100 dollara qalxıb.

Ümumilikdə hesabat dövründə kirayə qiymətləri 2,6 %, il ərzində isə 2% bahalaşıb.