adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Aprel 2018 15:01
13713
İDMAN
A- A+

O SEVİNCİ RONALDOYA YARAŞDIRMADIM

Dəfələrlə demişəm, yenə deyirəm, futbol bir teatr tamaşasıdı. Və teatr tamaşasından üstünlüyü də odur ki (lap olsun film), bir oyuna təkrarən ikinci dəfə baxmaq olmur.

Madriddə «Real»la «Yuventus» uzun illər yaddaşlardan çıxmayacaq gözəl bir tamaşa göstərdilər. Yüz milyonların gözlədiyi və izlədiyi tamaşa. Heyf, bu gözəl tamaşanı hakim məhv elədi, içinə oturdu. Oyunun qurtarmasına 25 saniyə qalmış «Yuventus»un qapısına penalti təyin elədi. Əslində orda penalti yox idi. Bu da uzun zaman müzakirə mövzusu olacaq. Lap penalti olsa belə, hakim gərək 11 metrlik nöqtəni göstərməyəydi, yüz milyonları bu gözəl tamaşadan məhrum etməyəydi. Nə isə, keçdi. Özü də mən «Yuventus»u tutmuram, «Barselona»nı tuturam, bir də hansı Avropa klublarında türk oynayırsa onların udmağını istəyirəm. Hələ onda ki türk də qol vura.

Ronaldo da futbol dahisidi və sevdiyim bir futbolçudu.

O penalti də haqqıydı, vurmalıydı və vurdu da. Amma qoldan sonra tuman-köynəyini çıxarıb o cür sevinməyi belə bir dahiyə yaraşdırmadım.

Və «Yuventus» mənən «Real»a qalib gəldi. Və yəqin ki, «Real»ın azarkeşləri də bu tamaşanın belə mənasız qurtarmasını istəməzdilər.

Ən böyük səhvi də Buffon elədi və qırmızı vərəqəni də haqlı gördü. Bəlkə də belə kobud səhvə yol verib meydandan qovulmasaydı, o penaltini qaytarardı. Çünki Buffon dünyada penalti qaytaran bəlkə də birinci qapıçıdır.