ANA SƏHİFƏ / ƏDƏBİYYAT

«III MƏMMƏD ARAZ POEZİYA GÜNÜ»

7722    |   2018-04-13 09:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Və Məmməd Arazın anadan olmasının 85 illiyi münasibətilə şeir müsabiqəsi

Msabiqəni Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi təşkil edir

Əsər qəbulunun şərtləri aşağıdakı kimidir:

Müsabiqəyə yalnız çap olunmamış şeirlər qəbul edilir. Şeirlər Məmməd Araz yaradıcılığına aid olmaya da bilər. Məqsəd görkəmli şairə həsr olunmuş müsabiqədə ən yaxşı şeiri seçməkdi.

Müsabiqədə iştirak edən namizədlər üçün yah məhdudiyyəti yoxdur.

Müsabiqəyə əsər qəbulu 2018-ci ilin 15 aprelindən həmin ilin 15 iyulunadək davam edəcək.

Mükafatlandırma mərasimi 2018-ci ilin oktyabr ayında – şairin doğum günü ərəfəsində keçiriləcək.

Müsabiqə üçün əsərlər [email protected] elektron ünvanına göndərilir və ya AYB yaradıcılıq məsələləri üzrə katibliyə təqdim edilir.

Müsabiqədə I yerin sahibi Məmməd Araz adına «Qartal» mükafatına, I dərəcəli diploma və qiymətli hədiyyəyə layiq görüləcək.

II və III yerlərə layiq görülənlər diplom va qiymətli xatirə hədiyyələri ilə təltif ediləcəkdir.

Müsabiqədə seçiləcək şeirlərin poetik məziyyətləri nəzərə alınmaqla daha bir neçə nominasiya üzrə həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub.

Müsabiqə iştirakçısı göstərilən e-mailə, yaxud müvafiq katibliyə şəxsiyyət vəsiqəsinin surətini (e-maliə elektron surətini), ədəbi təxəllüsünü göndərməli və ya təqdim etməli, əlaqə nömrəsini, ya da elektron poçtunu bildirməlidir.

Müsabiqənin iş prosesi:

Əsərlər nömrələnmiş qaydada (imzasız) işçi qrupuna verilir, işçi qrupu ən yaxşı iyirmi əsəri seçib münsiflərə təqdim edir.

Qalib əsərlərin sonrakı seçimi iki mərhələ üzrə aparılır. Birinci mərhələdə 20-likdən onluq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir.

Əsərlər 1-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir.

Mükafat komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır.

Qaliblərin şeirləri və digər seçilən əsərlər Almanaxda nəşr ediləcək.

Qeyd: Müsabiqə ilə bağlı suallarla əlaqədar [email protected] elektron ünvanına yazmaq, yaxud (055)203-34-26 mobil nömrəsinə zəng etmək olar.

«Məmməd Araz Poeziya Günü» layihəsinin işçi qrupu




İmza:
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (33.33%)
"Atletiko” (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK