adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Aprel 2018 12:51
9723
GÜNDƏM
A- A+

MSK yekun nəticələri açıqladı: İlham Əliyev 86,03 faiz səs yığıb

Azərbaycanda keçirilmiş prezident seçkilərindəki səsvermənin yekun nəticələri açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 86,03 faiz səs yığıdığını bildirib.

Sonrakı yerlər aşağıdakı kimi bölüşdürülüb:


Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş deputat Zahid Oruc – 3,11%;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev - 3,02%;

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%;

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%;

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə – 1,38%;

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev – 1,17%;

"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%.