Şairlə evlənməkdən qorxan qadınlar

OĞUZ AYVAZ
29614 | 2018-04-13 11:54

Bir dəfə qız dostlarımdan biri mənə belə demişdi:

"Mən heç vaxt şair, yazıçıyla evlənmərəm”.

Əlimi havada yellədib, üzümdə süni təbəssümlə onun nə qədər haqlı olduğunudedim.

Azərbaycan qadını yaradıcıadamlarla bir yerdə yaşamaq istəmir. Bu birmənalı belədi. Müasir zamandayaşasaq belə, bu tip qadınlar "n” qədərdi. İki səbəb var burda: maddi və mənəviməsələlər.

Bu qadınlar kişiyə pul qazananmaşın kimi baxırlar. Deyirlər, qoy kişi məni döysün, söysün, lap elə aldatsın, təki evdən çörəyiəksik eləməsin. Bunun əksi də olur. Kariyerist qadın. O da istəyir ki, kişievdən çox gen gəzməsin. Pul az qazansa da olar. Əsas odu mənim azadlığıma,işimdəki yüksəlişə mane olmasın.

Mənəvi dünyası zəngin olan qadınlar isə barmaqla sayılacaq qədərdir.Onların içi sevgi ilə hörülüb. Sevdikləri kişini olduğu kimi qəbul edirlər.Viktor Hüqo demiş, bundan böyük xoşbəxtlik olar?! Belə qadınları ədəbiyyat dabizə xatırladır. "Cinayət və Cəza” əsərindəki Sonya, Cəlil Məmmədquluzadənin"Danabaş kəndinin əhvalatları” əsərindəki Zeynəb, Rəşad Nuri Güntəkinin"Çalıkuşu” əsərindəki Fəridə və digər obrazlar.

Təsəvvür edin yazıçıdostlarıyla içib və evə gec gəlir. Arvad da bunu qapıdan içəri buraxmır. Kişiqabadırsa, gecənin bir aləmi vayma-şüvən düşəcək. Arvadı döyəcək, söyəcək...Sonra davalar silsilə şəkildə davam edəcək və nəticədə boşanmaya qədər gedəcək.

Əksi də ola bilir. Kişisərxoşdu, ancaq mədənidi. Heç nə demir və sakitcə çıxıb gedir.

Qadın əslində eqosit varlıqdı.Onun sözü keçməlidi, onun dizinin dibində olmasını istəyir. Ancaq yaradıcıadamları anlamayan, ümumiyyətlə, yaradıcılığı dərk edə bilməyən qadınla yaşamaqişgəncədən də betərdi.

Bir rəssam dostum var. Birdəfə axşam pivə içdik. Dostumu evlərinə yola saldım. Az keçmədi arxamcagəldiyini gördüm.

- Nə oldu?

- Qağa, bu gecə sizdə qalabilərəmmi?

- Niyə olmur ki? Amma de görümnə oldu axı?

- Arvad evə buraxmayacaq.Keçən dəfə içkili getmişdim. Qapını açmadı.

Bu cür əhvalatlar, hadisələrçox eşitmişəm. Atam da bəzi gecələr evə gec gələrdi. Anam donquldansa belə, onakofe dəmləyər, qayğı göstərərdi. Atamı olduğu kimi qəbul etmişdi anam. Ona görə də onu hərşeydən çox sevirdi.

Sənət adamları daxilən bədbəxt olurlar. Söhbət ciddi sənət adamlarından gedir. Onların yaradıcılıq zonaları boşsəhradı, o səhrada azad küləklər vıyıldayır.

Yaradıcılığın "y” hərfini beləduymayan qadınlarla evlənmək intihar etməyə bənzəyir. Hələ uşaq oldusa, buişgəncə daha da artır. Çexovun yaxşı bir sözü var: "Sevmədən evlənmək,inanmadan ibadət etmək kimi alçaq bir işdir”. Təəssüf ki, bizim kimitoplumlarda sevməyib evlənənlər daha çoxdur. Qohum evlilikləri, atalarınsövdələşdiyi evliliklər, evlənmək üçün evlənənlər, anlaşmalı evliliklər və sairvə ilaxır.

Görün nə qədər sevgisizuşaqlar doğulur. Cəmiyyətin güdazına gedən nə qədər özünü tapmayan adamlarözlərini diri-diri yanğına atırlar. Öz həyatlarıyla sanki qumar oynayırlar.Evlənəndə sevgi də yaranar bəlkə. Bu "bəlkə”lər sonradan ağır əzablaraçevrilir. Həyat, gərçəklik qəfil güllə kimi hədəfə dəyir. Hər şey alt-üst olur.

İnsan hər zaman sevgiyə acdı.Sevgi də darıxmaqdan, ehtiyacdan doğulur. İçinizdəki səsə qulaq verin.İçinizdəki məninizlə dostlaşın. Duyğularınızı, ehtirasınızı, hisslərinizi,düşüncələrinizi, ən əsası da ürəyinizi dinləməyi, onları idarə etməyi öyrənin.Yaşamaq, həyat bu qədər asan deyil. Şairin dediyi ki, yaşamağı ciddiyə alın.


TƏQVİM / ARXİV