ANA SƏHİFƏ / YAZARLAR

Şairlə evlənməkdən qorxan qadınlar

15579    |   2018-04-13 11:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir dəfə qız dostlarımdan biri mənə belə demişdi:

"Mən heç vaxt şair, yazıçıyla evlənmərəm”.

Əlimi havada yellədib, üzümdə süni təbəssümlə onun nə qədər haqlı olduğunu dedim.

Azərbaycan qadını yaradıcı adamlarla bir yerdə yaşamaq istəmir. Bu birmənalı belədi. Müasir zamanda yaşasaq belə, bu tip qadınlar "n” qədərdi. İki səbəb var burda: maddi və mənəvi məsələlər.

Bu qadınlar kişiyə pul qazanan maşın kimi baxırlar. Deyirlər, qoy kişi məni döysün, söysün, lap elə aldatsın, təki evdən çörəyi əksik eləməsin. Bunun əksi də olur. Kariyerist qadın. O da istəyir ki, kişi evdən çox gen gəzməsin. Pul az qazansa da olar. Əsas odu mənim azadlığıma, işimdəki yüksəlişə mane olmasın.

Mənəvi dünyası zəngin olan qadınlar isə barmaqla sayılacaq qədərdir. Onların içi sevgi ilə hörülüb. Sevdikləri kişini olduğu kimi qəbul edirlər. Viktor Hüqo demiş, bundan böyük xoşbəxtlik olar?! Belə qadınları ədəbiyyat da bizə xatırladır. "Cinayət və Cəza” əsərindəki Sonya, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” əsərindəki Zeynəb, Rəşad Nuri Güntəkinin "Çalıkuşu” əsərindəki Fəridə və digər obrazlar.

Təsəvvür edin yazıçı dostlarıyla içib və evə gec gəlir. Arvad da bunu qapıdan içəri buraxmır. Kişi qabadırsa, gecənin bir aləmi vayma-şüvən düşəcək. Arvadı döyəcək, söyəcək... Sonra davalar silsilə şəkildə davam edəcək və nəticədə boşanmaya qədər gedəcək.

Əksi də ola bilir. Kişi sərxoşdu, ancaq mədənidi. Heç nə demir və sakitcə çıxıb gedir.

Qadın əslində eqosit varlıqdı. Onun sözü keçməlidi, onun dizinin dibində olmasını istəyir. Ancaq yaradıcı adamları anlamayan, ümumiyyətlə, yaradıcılığı dərk edə bilməyən qadınla yaşamaq işgəncədən də betərdi.

Bir rəssam dostum var. Bir dəfə axşam pivə içdik. Dostumu evlərinə yola saldım. Az keçmədi arxamca gəldiyini gördüm.

- Nə oldu?

- Qağa, bu gecə sizdə qala bilərəmmi?

- Niyə olmur ki? Amma de görüm nə oldu axı?

- Arvad evə buraxmayacaq. Keçən dəfə içkili getmişdim. Qapını açmadı.

Bu cür əhvalatlar, hadisələr çox eşitmişəm. Atam da bəzi gecələr evə gec gələrdi. Anam donquldansa belə, ona kofe dəmləyər, qayğı göstərərdi. Atamı olduğu kimi qəbul etmişdi anam. Ona görə də onu hər şeydən çox sevirdi.

Sənət adamları daxilən bədbəxt olurlar. Söhbət ciddi sənət adamlarından gedir. Onların yaradıcılıq zonaları boş səhradı, o səhrada azad küləklər vıyıldayır.

Yaradıcılığın "y” hərfini belə duymayan qadınlarla evlənmək intihar etməyə bənzəyir. Hələ uşaq oldusa, bu işgəncə daha da artır. Çexovun yaxşı bir sözü var: "Sevmədən evlənmək, inanmadan ibadət etmək kimi alçaq bir işdir”. Təəssüf ki, bizim kimi toplumlarda sevməyib evlənənlər daha çoxdur. Qohum evlilikləri, ataların sövdələşdiyi evliliklər, evlənmək üçün evlənənlər, anlaşmalı evliliklər və sair və ilaxır.

Görün nə qədər sevgisiz uşaqlar doğulur. Cəmiyyətin güdazına gedən nə qədər özünü tapmayan adamlar özlərini diri-diri yanğına atırlar. Öz həyatlarıyla sanki qumar oynayırlar. Evlənəndə sevgi də yaranar bəlkə. Bu "bəlkə”lər sonradan ağır əzablara çevrilir. Həyat, gərçəklik qəfil güllə kimi hədəfə dəyir. Hər şey alt-üst olur.

İnsan hər zaman sevgiyə acdı. Sevgi də darıxmaqdan, ehtiyacdan doğulur. İçinizdəki səsə qulaq verin. İçinizdəki məninizlə dostlaşın. Duyğularınızı, ehtirasınızı, hisslərinizi, düşüncələrinizi, ən əsası da ürəyinizi dinləməyi, onları idarə etməyi öyrənin. Yaşamaq, həyat bu qədər asan deyil. Şairin dediyi ki, yaşamağı ciddiyə alın.




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK